Ən varlı 27 ölkə qlobal peyvəndlərin 40%-ni tətbiq edib | Banco.az

Ən varlı 27 ölkə qlobal peyvəndlərin 40%-ni tətbiq edib

Kovid-19 peyvəndlərinin 40%-i dünya əhalisinin 11%-i yaşayan 27 ən zəngin ölkədə tətbiq olunub. Dünya əhalisinin ən kasıb 11%-nin yaşadığı ölkələrdə isə peyvəndlərin 1,6%-i tətbiq edilib.

Ən yüksək gəlirə sahib ölkələr ən aşağı gəlirə sahib ölkələrdən 25 dəfə daha sürətli peyvəndlənir.

Dünya əhalisinin 4,3%-nə sahib ABŞ, qlobal peyvəndləmənin 24%-ni reallaşdırıb. Dünya əhalisinin 18%-inə sahib Çinin qlobal peyvəndləmədəki payı isə 20% səviyyəsindədir. 

Peyvənd razılaşmalarına baxıldıqda, zəngin ölkələr əvvəldən əhalilərini bir neçə dəfə peyvənd edə biləcək milyardlarla dozalıq peyvənd tədarükü müqaviləsi imzalayıblar.

ABŞ gələcək üç ayda əhalisinin 75%-ini peyvənd etməyi hədəfləyir. 

Ən sərfəli kredit üçün müraciət et

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et