Ən uğurlu sahibkarlardan biri olan Qari Vaynerchuk ilə tanış olaq | Banco.az

Ən uğurlu sahibkarlardan biri olan Qari Vaynerchuk ilə tanış olaq

Qari Vaynerchuk sahibkarlıq və uğur hekayələri dedikdə son 10 ildə ABŞ-ın ən çox danışılan hekayələrdən birinin qəhrəmanıdır. Sahibkar, investor,motivasiya spikeri, yazıçı və daha bir çox titullara sahibdir. Öz gücünə əldə etdiyi sərvəti- ailə şirkətini 5 ildə 3 milyon dollar dövriyyədən 60 milyon dollar dövriyyəyə çatdırması, bir çox fərqli sahədə atdığı uğurlu addımlar atan Vaynerchuk bu gün minlərlə sahibkara ilham mənbəyi olur.
Qari Vaynerchuk, Belarus mənşəli olub SSRİ-nin dağılması ilə ABŞ-a miqrasiya edən bir ailənin uşağıdır. Miqrasiyanın ardından atası ABŞ-da şərab işi ilə məşğul olması, sonra öz şərab şirkətini qurması Vaynerchuk-un erkən yaşlarda ailə biznesinə girməsini təmin etmişdir. 14 yaşından etibarən atasının yanında işləməyə başlayan Vaynerchuk, universitetdən məzun olduqdan sonra da bu işdə işləməyə davam edir. Onun taleyini dəyişdirəcək addımı hələ 90-cı illərin sonunda o zaman hələ böyük nüfuzu olmayan sahələrdən biri olan e-ticarət sektoruna daxil olmasıdır. Bu illərdə winelibrary.com adlı saytı qurur və online olaraq şərab satışlarına başlayır. İnternet dünyasının ciddi nüfuz qazanacağını proqnoz edərək uğurlu investisiya etmiş və gələcək illərdə şərab satışını 3 milyondan 60 milyon dollar qədər artırmışdır.


Qari Vaynerchuk-un internet ilə bağlı yeganə uğuru bu deyil. O internetin gücündən istifadə edib 2006-cı ildə Youtube kanalı açır. Hər gün 20 dəqiqəlik vloglarda şərab mədəniyyəti, dadı ilə bağlı videolar bölüşür. İlk başlarda böyük uğurlar əldə edə bilməsə də davamlılığa malik olması Vaynerchuk-a Youtube-da da uğurun önünü açır. Youtube kanalı şəxsi və şirkət olaraq markalaşma yolunda ona mühüm töhfələr verir və bu sayədə onun adını milyonlara çatdırır.

Youtube sayəsində yaratmış olduğu “İnternet Şəxsiyyəti” sayəsində böyük kütlələrə hədəflənir. İlk kitabı “Crush It!” 2008-ci ildə nəşr etdirərək dramaturgiya dünyasına giriş edər. Bundan sonra yazmış olduğu kitablarla birlikdə 4 dəfə Amerikada ən çox satanlar(bestseller) siyahısına girir.

Ən sərfəli kredit üçün müraciət et

İnternet Dünyasında qazanmış olduğu görkəmi və işi ilə birlikdə bir çox İcraçı Direktor və sahibkarla tanışlıq imkanı əldə edir. Bu sayədə mələk investorluğa da başlayan Vaynerchuk, Facebook, Twitter, Tumblr kimi şirkətlərə erkən dövrlərdə investisiya edir.

Qari Vaynerchuk, Youtube video yayımlanmasını dayandırmasının ardından ən uğurlu qərarlarından birini alır və universitetdən məzun olan qardaşıyla birlikdə “Vaynermedia” adlı rəqəmsal agentliyi qurur. Qısa zamanda sürətlə böyüyən “Vaynermedia” şirkəti Pepsi-co, General Electric kimi ABŞ-ın və dünyanın ən böyük şirkətlərinə xidmət göstərməyə başlayır.

Vaynermedia şirkəti uğurlarını davam etdirən Vaynerchuk, 2014-cü ildə Youtube-a The #askgaryvee Show ilə qayıdır. #askgaryvee yayımı ilə tamaşaçılarından və davamçılarından gələn sualları cavablandıran Vaynerchuk 250 dən artıq video yayımlamışdır. Eyni zamanda gündəlik olaraq da Dailyvee başlığı ilə Youtube canlı yayımı edir.

Qari Vaynerchuk-un hekayəsi bizə çox şey danışa bilər. İnsanın özünü tək bir peşəylə məhdudlaşdırmaq məcburiyyətində olmamasını, internet şəbəkəsinin imkanları vasitəsilə sıfırdan uğurlu bir hekayə yaradıla bilər.. Uğurlu olmaq üçün lazım olan şey əzm və işgüzarlıqdır.

Siz də hekayənizi yazmağa başlayın!

İlkin Mirzəzadə, Bizplus.az

Ən sərfəli krediti almaq üçün müraciət et