Artıq havaların istiləşməsi səbəbilə çimərlik mövsümü başlayıb. İnsanlar asudə vaxtlarını səmərəli keçirmək üçün çimərliklərlə yanaşı, akvaparkalara da üz tuturlar. İnsanların bu tip əyləncə yerlərinə üz tutmasına əsas səbəbi ailəvi istirahət üçün lazımi infrastrukturun mövcud olmasıdır.
Bu gün ölkəmizdə olan aquapark və hovuzlar əksər hallarda hər hansı istirahət mərkəzinin və ya otelin tərkibində fəaliyyət göstərir.
Akvaparklara giriş haqqı xidmətlərin sayından, atraksiyonların müxtəlifliyindən, uşaqlar və böyüklər üçün ayrıca hovuzların olub-olmamasından və bir sıra digər amillərdən aslı olaraq dəyişə bilir.
Banco.az ölkədəki akvaparklara giriş qiymətlərini araşdırıb.
Qiymətlər 13 manatla 50 manat arasında dəyişir. Həftəsonları isə qiymət müxtəlifliyi olur. Belə ki, həftəsonları qiymətlər həftəiçi ilə müqayisədə daha bahadır.
Əksər akvaparklarda şezlonq və dəsmal verilməsi giriş qiymətinə daxildir. Bütün aquaparklarda müxtəlif yaş qruplarından olan uşaqlar üçün giriş pulsuzdur:
“Atlant Hotel Nabran”da giriş qiyməti 13 manatdır. 5 yaşadək uşaqlar üçün giriş pulsuzdur.
“Aqua Park Şıxov”da isə 3 yaşadək uşaqlar üçün giriş pulsuz. Böyüklər üçün 15 manatdır.
Novxanıda yerləşən “Af Hotel Aquapark”ında girişhaqqı 20 manatdır. Burada 3 yaşadək uşaqlar üçün giriş pulsuz, 3-12 yaş qruplarlı üçünsə 15 manatdır. “Spring Hotel” də Novxanıda yerləşir. Bu akvaparka giriş 20 manat, 5 yaşadək uşaqlar üçün pulsuz, 5-12 yaşlılar üçün 15 manatdır. Həftəsonu və bayramlarda böyüklər üçün qiymət 25 manat, 5-12 yaşlı uşaqlar üçün 20 manat təşkil edir.
“Amburan Beach”də giriş qiyməti böyüklər üçün 25 manat, 9 yaşadək uşaqlara pulsuzdur. Bu akvaparkda həftəsonu qiymət 35 manatdır.
“Sunrise”da böyüklərə qiymət 25 manatdır. Uşaqlar üçün 6 yaşadək pulsuz, 6 yaşdan 14 yaşadək 15 manat təşkil edir. Şənbə və bazar günlərində (cümə günü daxil), həmçinin bayramlarda qiymət 30 manatdan hesablanır.
“Mambo Beach&Club”da da böyüklərə qiymət 25 manatdır. 6 yaşa qədər uşaqlara giriş pulsuzdur. 6 yaşdan yuxarılar üçünsə 12 manatdır. Həftəsonu böyüklərə 30 manat, 6 yaşdan böyük uşaqlara isə 15 manatdır.
“Dalga Beach”ə giriş qiyməti 30 manatdır (həftəsonu 40 manat). Bu akvaparkda da 6 yaşadək uşaqlara giriş pulsuzdur. 6-11 yaşlılar üçün qiymət 15 manat olacaq.
Digər aquapark “Bilgah Beach Hotel”də qiymət 45 manatdır. 6 yaşadək uşaqlar akvaparkdan pulsuz istifadə edə bilərlər. 6-12 yaşlılar üçün 25 manat təşkil edir. Giriş şənbə-bazar günlərində böyüklərə 55 manat, 6-12 yaşlı uşaqlara 35 manatdır.
“Sea Breeze”də bütün həftə qiymət 50 manatdır. 10 yaşadək uşaqlar üçün giriş pulsuzdur.
Ətraflı infoqrafikdən tanış ola bilərsiniz:
Araşdırma: Gülnar Əhmədli
Bizi sosial şəbəkələrdən izləyin!!