AnTuTu etalonu bu ilin avqust ayı üçün göstəricilərə əsaslanan ən məhsuldar smartfonların reytinqlərini yeniləyib.
Birinci siyahı ümumilikdə ən sürətli cihazları, ikincisi isə ucuz modelləri əks etdirir.
Ümumi sıralamada ilk yeri bu yaxınlarda təqdim olunan "yubiley" flaqmanı Xiaomi Mi 10 Ultra (646 730 xal) tutub.
İkinci yerə iQOO 5 (637 616 bal), üçüncü yerə isə ASUS ROG Phone 3 (629,245 bal) sahib olub. Onları ardıcıl olaraq Black Shark 3S, vivo X50 Pro +, OPPO Find X2 Pro, OPPO Find X2, Xiaomi 10 Pro, iQOO Neo3, Redmi K30 Pro izləyir. Siyahıdakı modellərin demək olar ki hamısı Snapdragon 865 prosessoru ilə təchiz edilib.
Orta büdcəli smartfonlar arasında Redmi 10X 5G (396,887 bal) lider olub. Ardınca Redmi 10X Pro 5G (396,001) gəlir. Üçüncü yerə 391 930 orta bal ilə Honor 30 verilib. Daha sonra siyahıya: Huawei nova 7, Huawei nova 7 Pro, Honor X10, Honor 30S, Huawei nova 7 SE, Redmi K30 5G Extreme Edition və OPPO Reno4 5G daxil edilib.
Ted.az
Bizi sosial şəbəkələrdən izləyin!!