Ötən ay Banco.az portalının təşkil etdiyi "Ən sevimli Bank" adlı müsabiqə banklar və eyni zamanda istifadəçilər arasında səs-küy yaratmışdı. Məlum olduğu kimi müsabiqə müddətində istifadəçilər öz sevimli banklarına canlı səsvermə yolu ilə dəstək olurdular. Ümumilikdə 21 oyun sonrasında 1 dekabr saat 21.00-da final oyunu oldu. Finalda iştirak edən 3 bank - AccessBank, Azər Türk Bank, Amrahbank - arasında AccessBank 1336 səs toplayaraq qalib oldu və "ƏN sevimli Bank" adına layiq görüldü.
Bu səbəblə, 23.12.2016-ci il tarixində "AccessBank"ın mətbuat nümayəndələri üçün təşkil etdiyi ziyafətdə Banco.az portalının rəhbəri Fərid İslamov "Ən sevimli Bank" kubokunu "AccessBank"ın İdarə Heyəti Sədrinin Müavini Anar Həsənova təqdim edib.
Portalımız adından "AccessBank"ı ürəkdən təbrik edirik.