Ən sərfəli yığım əmanətləri - Dekabr | Banco.az

Ən sərfəli yığım əmanətləri - Dekabr

Pulları artırmağın ən etibarlı üsullarından biri yığım əmanətidir. Əgər müddətli –klassik əmanətlər daha çox faiz gəlirlərində qazanmağa yönəlibsə, yığım əmanətləri puluna qənaət edib, onları asta-asta artırmaq istəyən insanlara hesablanıb.

Bir qayda olaraq, depoziti açmaq üçün kiçik məbləğ tələb olunur, həmçinin depoziti artırmaq imkanı yaradılır.

Banco.az Banklarımızın yığım əmanətləri üzrə araşdırmasını sizə təqdim edir.

Araşdırmanın şərtləri:

  • Yalnız yığım əmanətləri araşdırmada iştirak edib
  • Uşaq yığım əmanətləri və əmanət kartarı bu araşdırmada nəzərə alınmayıb (çünki onlar ayrıca bir mövzudur).
  • Cədvədə - 1 il müddətinə yerləşdirilən və faizlərin müddətin sonunda götürülməsi nəzərdə tutulmaqla  təklif edilən faizlər üzrə tərtib edilib.

Bank

Min. Məbləğ

Minimal aylıq əmanət

AZN

USD

Əmanətin adı

Bank BTB

100  AZN/USD

50 AZN/USD

16

8

Proqressiv əmanəti 

Nikoil Bank

100  AZN/USD

50 AZN/USD

14*

8

Sabit 

AccessBank

50 AZN/USD

5

12+1

3+1

Yığım əmanəti 

Bank Standard

500  AZN/USD

Tələb yoxdur

13

10

Standard əmanəti 

Kapital Bank

100  AZN/USD

100

13

2,5

Kapital əmanəti

AG Bank

100 AZN

Tələb yoxdur

12

-

Yiğım əmanəti 

ExpressBank

50  AZN/USD

10 AZN/USD

12

7

Mücrü əmanəti

NBC Bank

Tələb yoxdur

Tələb yoxdur

12

11,5

Universal   

Atrabank

100 AZN/USD

100 AZN/USD

12

12

Yığım Əmanəti 

Bank of Baku

100  AZN/USD

100 AZN/USD

12

3

Dinamik Əmanət 

AmrahBank

 50 AZN /USD

 50 AZN /USD

11

9,5

Daxıl Əmanəti 

DəmirBank

100  AZN/USD

50 AZN/USD

11

6,5

Qırmızı 

 VTB Bank

100  AZN/USD

50 AZN/USD

11

6,5

Universal 

AtaBank

1000  AZN/USD

200 AZN/USD

10,5

7,5

Yiğım əmanəti

Unibank

50  AZN

10 AZN

7+2

-

Yığım Əmanəti  

Ən sərfəli kredit üçün müraciət et

Banklarımızın əmanətlərin artırılması qaydası ilə bağlı şərtlərinin vacib məqamları burada:

Amrahbankda əmanəti bir il (müqavilənin müddəti) ərzində artırmaq olar, son 6 ay ərzində artırılan məbləğ ilkin məbləğin 5 mislindən çox ola bilməz.

AG Bank İlkin məbləğ 20 min manata qədər olarsa, əlavə edilən məbləğ 10 min manatı üstələyə bilməz, həmçinin ilkin məbləğ 20 mindən çox olarsa, əlavə edilən məbləğ ilkin məbləğin 50%-ni üstələyə bilməz.

Bank Standard əmanət 1 illik müddətinə yerləşdirilərsə, yalnız ilk 6 ay ərzində məbləği artırmaq olar. Amma artırılan məbləğin miqdarı ilə bağlı heç bir tələb yoxdur.

Kapital Bank əmanət 1 illik müddətinə yerləşdirilərsə, yalnız ilk 6 ay ərzində məbləğ artırmaq olar.

AtraBank-da yalnız 1 illik müddətə yığım əmanəti yerləşdirmək mümkün deyil, depozitin müddəti 2 ildir.

Bank BTB-də əmanəti ilk 9 ay ərzində artırmaq mümkündür.

Bank of Baku – Əmanətlər yalnız əmanət müddətinin yarısına qədər artırıla bilər, minimum məbləğ 100 AZN-dır.  28.05.2015-ci il tarixinədək (qeyd edilən tarix daxil olmaqla) ABŞ dolları ilə qoyulmuş əmanətlərinizin məbləği müqavilə ilə müəyyənləşdirilmiş müddətdə və şərtlər daxilində artırılma müddətinin son gününədək cəmdə 04.06.2015-ci il tarixinə mövcud olan əmanət qalığının 50% həcmi qədər, lakin 20000 ABŞ dollardan və eyni zamanda ay ərzində 1500 ABŞ dollardan artıq olmayan məbləğdə  artırıla bilər.

Bank VTB -  Universal əmanətini müddətinin birinci yarısında, ancaq ilk 6 ayda qədər minimum 50 AZN/USD məbləğində artıra bilərsiniz.

NBC Bank - Əmanətçi əmanətin qoyulduğu ay da daxil olmaqla ilk 9 ay ərzində hər ay əmanətin ilkin məbləğinin 100%-nə qədər əlavə vəsait qoya bilər.

Nikoil Bank - Əmanətlər üzrə əmanət məbləğlinin artırılması Müqavilənin qüvvədə olduğu müddətin ilk yarısı ərzində mümkündür.

* Nikoil Bank Müştərilərə əmanətlərini sığortalanmış faiz dərəcəsi ilə (illik 12%) yerləşdirmək imkanı verilir.

Unibank - 2%-lik bonus o halda ödənilir ki, hər ay depozitin əsas məbləğinə əmanət artımı həyata keçirilsin.

AccessBank - Əmanət vaxtlı-vaxtında, yəni Müştərinin qabaqcadan seçdiyi artırma planına müvafiq surətdə artırıldıqda, faizlərdən əlavə bonus da toplanır.

Dəmir Bank - "Qırmızı” əmanət üzrə hesablanmış faizlər hər ay əsas əmanət məbləğinin üzərinə əlavə olunur və əmanət məbləğinə hesablanmış faizlərə də əmanətin stabil illik faiz dərəcəsi ilə faiz hesablanır. Hesablanmış faizlər yalnız əsas əmanət məbləği ilə birgə çıxarıla bilər.

Atabank - Faizlər hər ay əsas məbləğin üzərinə gəlir və müddət bitdikdə verilir. Artırılan məbləğin cəmi ilkin əmanət məbləğinin 3 mislindən artıq ola bilməz; Son 6 ayda əlavə olunacaq məbləğ üçün AZN/USD üzrə illik faiz dərəcəsi - 6%