Ən sərfəli təmir krediti hansıdır? | Banco.az

Ən sərfəli təmir krediti hansıdır?

Qarşıdan yay gəlir!

Evinizin içini yeniləməyin vaxtının gəldiyini düşünürsünüzsə, lakin təmir üçün kifayət qədər vəsait yoxdursa, təmir kreditləri sizin köməyinizə çata bilər.

Hal-hazırda Azərbaycanda bir  neçə bank özünəməxsus şərtlər daxilində bu xidməti təqdim edir.

Biz sizə təmir kreditinin olduğu bankları və şərtləri təqdim edirik. Sizə sadəcə özünüzə uyğun olanı seçmək və gözəl bir dizayn fikirləşmək qalır.

Bank

Məbləğ

Təminat

Faiz dərəcəsi

Kreditin müddəti

AccessBank

8000-100000 azn

Girov

16% - 24%

84 ay

Amrahbank

30000 azn

Girov

26%

24 ay

Atrabank

10000-20000 azn

Girov, Zamin

30%

24 ay

Bank of Azerbaijan

7001-75000 azn/usd

Girov

20-24%

6-36 ay

Bank Respublika

1000-30000 azn

Zamin, Girov

24-35%

24-36 ay

Dəmirbank

3000-100000 azn

Girov

24-32%

60 ay

Expressbank

5000-50000 azn/usd

Zamin

19%

6-36 ay

Kapital Bank

1000-50000 azn

Zamin

24%

12-24 ay

Rabitəbank

50000 azn/usd

Girov, Zamin

19%

60 ay

TBC Kredit

3000-200000 usd

Girov

18%

3-5 il

Turanbank

100000 azn

Girov

21-24%

36 ay

Unibank

7500 azn

Zamin

36%

48 ay

Ən sərfəli kredit üçün müraciət et

Bu tip krediti əldə etmək üçün ümumi olan şərtlər bunlardır:

  • Azərbaycan Vətəndaşlığı
  • 21-65 yaş
  • Şəxsiyyət vəsiqəsi
  • İş və yaşayış yerindən arayış

Krediti almaq üçün ilk növbədə evinizin qiyməti dəqiqləşdirilir. Daha sonra sizə uyğun kredit verilir.

Siz Təmir kreditinin olmadığı banklarda isə siz istehlak krediti əldə edərək təmir işlərinizi həyata keçirə bilərsiniz. Bu isə tamamilə sizin seçiminizə qalıb.

Günel Absuraxmanova / Banco.az