Banco.az olaraq, siz oxucularımız üçün bankların təqdim etdiyi debet kartların nağdlaşdırma faizlərini araşdırdıq.
Hər bir bank özünə məxsus faiz dərəcələri var. Siz kartınızdakı vəsaiti nağdlaşdıran zaman yaxşı bilməlisiniz ki, sizdən neçə faiz komisyon tutulacaq.
Hal-hazırda banklarımız əsasən AzeriCard və MilliKart prosesinq mərkəzləri ilə işləyir. Bank of Baku, Kapital Bank və Yapı Kredi Bank Azərbaycan isə özlərinin ayrıca prosessinq mərkəzini yaratmışdır.
Bankınızın aid olduğu prosesinq mərkəzindən asılı olaraq, nağdlaşdırma zamanı tutulan faizlər də müxtəlif olur. Bu səbəbdən dolayı nağdlaşdırma əməliyyatı zamanı hansı bankın bankomatına yaxınlaşmalı olduğunuzu yaxşı bilməlisiniz.
Qeyd edək ki, cədvəldə sadəcə manat valyutalı debet kartlar üzrə tutulan faiz dərəcələri təqdim olunub.
Milli Kart prosessinq mərkəzinə aid olan banklarda nağdlaşdırma zamanı tutulan faiz dərəcələri aşağıdakı kimidir:
Bank |
Öz ATM-də |
Millikart-a daxil |
Digər prosessinq |
AccessBank1 |
1% - min. 0,1 AZN |
1,5% - min. 2 AZN |
1,5% - min. 2 AZN |
ASB Bank |
0% |
2,5% - min. 2 AZN |
3% - min. 5 AZN |
Dəmirbank |
1% - min. 1 AZN |
1,5% - min. 1,5 AZN |
1.5% - min. 3,5 AZN |
Expressbank |
0% |
1% - min. 1 AZN |
3% - min. 3 AZN |
Günay Bank |
1% - min. 1 AZN |
1% - min. 1 AZN |
1% - min. 3,5 AZN |
Unibank2 |
1% - min. 1 AZN |
1,5% - min. 1 AZN |
1.5% - min. 3,5 AZN |
- Accessbank-ın təqdim etdiyi "myCard" kartlarında bankın öz bankomatlarından nağdlaşdırma əməliyyatı zamanı faiz tutulmur.
- Unibank-ın təqdim etdiyi "Albalı Plus Debet" kartlarında bankın öz bankomatlarından nağdlaşdırma əməliyyatı zamanı faiz tutulmur.
AzəriCard prosessinq mərkəzinə aid olan banklarda nağdlaşdırma zamanı tutulan faiz dərəcələri aşağıdakı kimidir:
Bank |
Öz ATM-də |
Azericard-a daxil |
Digər prosessinq |
AFB Bank |
1% - min. 0,8 AZN |
1.5% - min. 1.6 AZN |
1.5% - min. 3 AZN |
AGBank |
1% - min. 0,25 AZN |
1.5% - min. 2 AZN |
1.5% - min. 3,5 AZN |
Amrahbank |
0% |
1.5% - min. 2 AZN |
1.5% - min. 3,5 AZN |
Atabank |
1% - min. 0,8 AZN |
1.5% - min. 0,6 AZN |
1.5% - min. 2,8 AZN |
Azər Türk Bank |
1% - min. 0,5 AZN |
1,5% - min. 2 AZN |
1,5% - min. 2 AZN |
Bank Avrasiya | 1 % | 1,5% | 1,5% |
Bank BTB |
1% - min. 0,2 AZN |
1,5% - min. 1,6 AZN |
1.5% - min. 2,8 AZN |
Bank Respublika |
1% - min. 0,2 AZN |
1,5% - min. 1,8 AZN |
1.5% - min. 3,5 AZN |
Bank Silk Way |
0,8% - min. 0,5 AZN |
1,5% - min. 1,6 AZN |
1.5% - min. 4 AZN |
Beynəlxalq Bank |
1% - min. 1 USD ekv. |
1,5% - min. 3,5 USD ekv. |
1,5% - min. 3,5 USD ekv. |
CDB Bank1 |
2% - min. 2 AZN |
3% - min. 3 AZN |
3% - min.4 AZN |
Muğanbank |
1% - min. 0,8 AZN |
1,5% - min. 1,6 AZN |
3% - min.4 AZN |
NBC Bank |
0% |
1.5% - min. 1,2 AZN |
2% - min. 2 AZN |
Nikoil Bank |
0% |
1.5% - min. 2 AZN |
1.5% - min. 3 AZN |
Rabitəbank2 |
1% - min. 0,8 AZN |
1,5% - min. 1,5 AZN |
1.5% - min. 3 AZN |
Turanbank |
1% - min. 0,8 AZN |
1.5% - min. 1,6 AZN |
1.5% - min. 2,4 AZN |
VTB Bank Azərbaycan3 |
1% - min. 1 AZN |
1.5% - min. 2 AZN |
1.5% - min. 2 AZN |
Xalq Bank | 1% - min. 0,4 AZN | 1,5% - min. 1,6 AZN |
1.5% - min. 3,5 AZN |
- Caspian Development Bank-ın təqdim etdiyi sadəcə "Visa Electron" kartlarında bankın öz bankomatlarından nağdlaşdırma əməliyyatı zamanı faiz tutulmur. Komisyon haqq AzeriCard prosessinq mərkəzinə daxil olan bankomatlarda 1.5% - min. 1,6 AZN, AzeriCard prosesinq mərkəzinə daxil olmayan bankomatlarda isə 2% - min. 4 AZN təşkil edir.
- Rabitəbank-da bağlanmış müqaviləyə əsasən, Rabitəbank-a məxsus kartlarla Turanbank, CDB Bank, Respublika Bank, Muğanbank-ın bankomatlarında etdiyiniz nağdlaşdırmaya görə 1% - min. 0,8 AZN komisyon haqq tutulacaqdır.
- VTB Bank Azərbaycan-ın kartları ilə AccessBank və Paşa Bank-da nağdlaşdırma zamanı 1% - min.1 AZN komisyon haqq tutulur.
Əvvəldə də qeyd etdiyimiz kimi, Bank of Baku, Kapital Bank və Yapı Kredi Bank Azərbaycan-ın ayrıca prosessinq mərkəzləri var. Bu banklar nə Millikart, nə də Azəricard-a aiddir.
Adlarını sadaladığımız banklarda nağdlaşdırma zamanı tutulan faiz dərəcələri ilə tanış olun:
Bank |
Öz ATM-də |
Azericard-a daxil |
Millikart-a daxil |
Bank of Baku1 |
1% - min. 1 AZN |
1,5% - min. 3,5 AZN |
1,5% - min. 1,5 AZN |
Kapital Bank |
1% - min. 1 AZN |
1,5% - min. 3,5 AZN |
1,5% - min. 3,5 AZN |
Yapı Kredi Bank Azərbaycan2 |
0% |
2% - min. 1 AZN |
2% - min. 1 AZN |
- Bank of Baku-nun təqdim etdiyi "Bolkart Debet" kartlarında bankın öz bankomatlarından nağdlaşdırma əməliyyatı zamanı faiz tutulmur. "İŞKart" kartlarında isə bankın öz bankomatlarında nağdlaşdırma 0,5% - min. 1 AZN təşkil edir.
- Yapı Kredi Bank Azərbaycan-da "Pulkart" debet kartından nağd vəsait çıxarılan zaman tutulan faiz dərəcələri təqdim olunmuşdur.