Ən sərfəli nağd istehlak kreditlərin hansı bankdan əldə etmək olar? - ARAŞDIRMA | Banco.az

Ən sərfəli nağd istehlak kreditlərin hansı bankdan əldə etmək olar? - ARAŞDIRMA

Ölkəmizdə fəaliyyət göstərən bankların prioritet məhsullarından biri də nağd istehlak kreditidir. Bu məhsulun satışı uğrunda banklar arasında hər zaman qızğın rəqabət gedir və adətən banklar xırda səbəblərdən belə istifadə edərək öz məhsulunu irəli çəkmək və satışını artırmaq naminə müxtəlif növdə kampaniyalar keçirdir. Ölkəmizin bankçılıq tarixi “Yumurta qiymətinə kredit”, “Qiyamət krediti” və s. çox maraqlı kredit kampaniyalarına şahid olub. Hər zaman olduğu kimi, 2018-ci ilin də sonundan etibarən əksər banklar öz yeni il kampaniyalarına start verdi. Adətən belə kampaniyaların müddəti təqribi 1 aya bərabər olduğundan, artıq əksər banklarda bu kampaniyalar bitib və hal-hazırda qısa müddətli də olsa banklar standart şərtlərinə əsasən nağd istehlak kreditlərin təklif edirlər.

Bu səbəbdən banco.az olaraq sizlər üçün bankların hal-hazırda heç bir əlavə kampaniya güzəşti olmadan təqdim etdiyi standart nağd istehlak krediti şərtlərin araşdırdıq. Ən sərfəli şərtlərlə kredit təqdim edən bankları nəzərinizə çatdırırıq.

Nağd istehlak kreditləri
Bankın adı Müddət Komissiya Sığorta Zaminsiz məbləğ Məbləğ,AZN Faiz
Bank of Baku 3-48 ay 1-2% (min. 20 AZN) Yoxdur 5000 AZN-dək 300-20000 23-29%
Unibank 3-48 ay 1-2% (min. 20 AZN) Yoxdur 10000 AZN-dək 300-20000 18-29%
Beynəlxalq Bank 3-48 ay 1 % (min. 20 AZN) Yoxdur 5000 AZN-dək 300-20000 23-26%
Kapital Bank 3-48 ay 1 % (min. 10 AZN) 5% Fərdi təyin edilir 300-20000 20.19 - 27,84%
Bank Respublika 3-36 ay 1-2% (min. 10 AZN) Yoxdur 3000 AZN-dək 500-20000 20-28%
Rabitə Bank* 3-36 ay 1-1,5% 0,2-1,8% 5000 AZN-dək 300-15000 18-22%
Azərtürk 3-48 ay 1%(min,25 AZN) Yoxdur 10000 AZN-dək 300-20000 19-27%
Nikoil Bank 6-36 ay 0% Yoxdur 5000 AZN-dək 300-30000 19-25%
Access Bank 6-36 ay 1% Yoxdur Fərdi təyin edilir 500-10000 20-25%
AFB Bank 6-36 ay 1% Yoxdur Əmək haqqının 5 misli 500-30000 19-23%
Expressbank 4-48 ay 1-3% Yoxdur 5000 AZN-dək 300-20000 20-29%
Amrahbank 3-36 ay 1-2% Yoxdur 3000 AZN-dək 300-10000 20-25%
ASB 3-36 ay 1% Yoxdur Verilmir 500-15000 19-24%
VTB 3-36 ay 2% 0,3-0,7% 5000 AZN-dək 300-10000 22-23%

*Rabitə bankda 12 aya qədər olan kreditlərdə sığorta məcburidir, 12 aydan artıq müddətə olan kreditlər sığortalanmadığı təqdirdə komissiya haqqı 1,5% təyin olunur

Ən sərfəli kredit üçün müraciət et

Yusif Yusubov/Banco.az