Banco.az 2020-ci ilin ilk ayı üçün sərfəli şərtlərlə manat əmanəti yerləşdirə biləcəyiniz bankları araşdırıb.
Qeyd edək ki, cədvəldə bankların 1 il müddətinə manatla yerləşdirilmiş əmanətlərə aylıq və müddətin sonunda verdikləri illik faiz dərəcələrini görə bilərsiniz. Bu siyahıya keçən ildə olduğu kimi Yelo Bank illik 11.5% (12%) olan Sabit əmanəti ilə liderlik edir. Ötən ilin dekabr ayı ilə müqayisədə ASB Bankının əmanət faizlərində 3% azalma müşahidə olunub. Bundan başqa Yapı Kredi Bank Azərbaycanda illik faiz dərəcəsi 1% azalma olub. Daha ətraflı aşağıdakı cədvəldən tanış ola bilərsiniz.
Həmçinin bax:
- Ən sərfəli dollar əmanəti - 2020 Yanvar
-
2 illik manat əmanətinin ən sərfəli olduğu banklar - 2020 Yanvar
Bank | Faizlər aylıq götürülərsə, illik % |
Müddətin sonunda götürülərsə, illik % |
Yelo Bank1 |
11,5/10 | 12/10 |
TuranBank |
10,5 | 10,9 |
Amrahbank |
10 | 10 |
NBCBank |
10 | - |
Muğanbank |
9,5 | 10 |
AtaBank |
9 | 10 |
Günay Bank |
9 | 10 |
Beynəlxalq Bank2 |
8+1 | 8,5+1 |
AGBank |
8,5 | 9,5 |
Bank BTB |
8,5 | 9,5 |
Bank of Baku |
8,5 | 9 |
Bank Respublika |
8 | 8,5 |
Expressbank |
8 | 8,5 |
Unibank |
8 | 8,5 |
AccessBank |
7,8 | 9 |
Rabitəbank3 |
7/8 | 7,5/8,5 |
Bank VTB4 |
7,05/7,55 | 7,5/8 |
AFB Bank |
7 | |
Bank Avrasiya |
7 | 8 |
Kapital Bank |
7 | 7,5 |
Ziraat Bank Azərbaycan |
6,75 | 7,5 |
Azər Türk Bank |
6,5 | 7 |
ASB Bank |
6 | 7 |
Xalq Bank |
6 | - |
Bank Melli İran5 |
5 | 6 |
Yapı Kredi |
4 | - |
Naxçıvan Bank |
- | 4 |
Premium Bank6 |
- | 8 |
1 Müqaviləni pozmadan illik faizi sığortalanan faiz dərəcəsinə endirmək mümkündür.
2 31 yanvar 2020-ci il tarixinədək Azərbaycan Beynəlxalq Bankında 50 000 manat və daha çox məbləğdə depozit yerləşdirən müştərilər mövcud faiz dərəcələrinə +1% əlavə qazanc əldə edəcəklər.
3 30 000 AZN-dək illik faiz dərəcəsi 8% (8.5%), 30 000 AZN-dən çox olduqda isə illik faiz dərəcəsi 7% (7.5%) hesablanır.
4 Əmanətin məbləği 50 000 AZN / 30 000 USD / 2 000 000 RUB -dən çox olduqda aylıq və müddətin sonunda illik faiz dərəcəsi uyğun olaraq 7.55% və 8% hesablanır.
5 Əmanətin minimum məbləği 5000 AZN-dir.
6 Premium Bankda əmanət yerləşdirmək üçün ilkin məbləğ 20000 AZN olmalıdır.
PAŞA Bankın müştəriləri üçün minimum əmanətin məbləği 20 000 AZN (regionlarda 15 000), digər müştərilər üçün isə bu hədd 30 000 AZN-dir (regionlarda 20 000). Faiz dərəcəsi isə əmanətin miqdarı, müddəti, faizlərin alınmasından asılı olaraq dəyişir.
Tərlan Qəhrəmanova, Banco.az