ƏN SƏRFƏLİ KREDİT KAMPANİYALARI - AYIN FÜRSƏTLƏRİ | Banco.az

ƏN SƏRFƏLİ KREDİT KAMPANİYALARI - AYIN FÜRSƏTLƏRİ

Banco.az saytı banklar tərəfindən müştərilərinə təklif olunan kredit kampaniyalarını təqdim edir. Araşdırma oktyabr ayının sonunadək (və daha sonrakı) olan dövrü əhatə edir. Qeyd edək ki, banklar kreditləşmədə aktivlik nümayiş etdirsə də, kredit təşkilatlarının heç də hamısı kampaniya keçirmir. Aşağıda həmin bankların adları və onların keçirdiyi kampaniyalar barədə ətraflı məlumat yer alıb.

 

ACCESSBANK - "Endirimdə ÇEMPİON"!

Planlarınızın reallaşdırılması və ya biznesinizin genişləndirilməsi üçün sərfəli kredit axtarmaqdan yorulmusunuz? İstəyirsiniz ki, kreditinizin faizi getdikcə azalsın? O zaman AccessBank-ın kampaniyası sizin üçün uyğun ola bilər. AccessBank sizə  "Endirimdə ÇEMPİON" kreditini təklif edir.

AccessBank avqustun 13-dən etibarən "Endirimdə ÇEMPİON" kredit kampaniyasına start verir. Kampaniya çərçivəsində 50 min manatadək mikro və 30 min manatadək nağd pul krediti götürən şəxslər nə az, nə çox - düz 10%-dək ENDİRİMdən yararlana bilərlər. Belə ki, kredit üzrə illik faiz dərəcəsi kreditin verilmə anından etibarən və hər 12 aydan bir 2% azalır.

Kampaniya 31 oktyabr 2018-ci il tarixinədək davam edəcək.

Nağdı qoyub, nisyənin ardınca qaçmayın! "Endirimdə ÇEMPİON" kampaniyasından yararlanaraq siz də öz sahənizin çempionu olun.

Kredit sifariş etmək üçün bu keçiddən istifadə edin.

 

DÖVLƏT BANKI "10LARIN XEYRİNİ" DÜŞÜNÜR!

Azər-Türk Bank bu fəsil müştərilərini sevindirməyə davam edir. 10 oktyabrdan etibarən ayın sonunadək “10ların xeyiri” kampaniyası çərçivəsində istehlak krediti faizinə 10%-i həcmində endirimlə təklif olunacaqdır! Daha ətraflı: http://azerturkbank.az/campaigns/10lar/

 

BİZNESİNİ BÖYÜTMƏK İSTƏYƏNLƏR BANK OF BAKU-YA!

Hörmətli iş adamları və sahibkarlar, Bank of Baku-ya gəlin, 20.000 AZN-dək mikrokrediti,

- 5% ENDİRİM - və aşağı faizlə - illik 20%-dən başlayan faiz dərəcəsilə;

- Ödəniş müddətinə 3 AY GÜZƏŞTlə;

- Komissiyaya 50% ENDİRİMLƏ;

- Və ən əsası 36 ay müddətinə əldə edin!

 

Biznesiniz Bank of Baku ilə canlansın, Bank of Baku ilə böyüsün!

Kampaniya müddəti - 16.10.18 - 16.11.18

Sifariş üçün ➡️ https://goo.gl/we7Dov

 

 

BANK RESPUBLİKA-DAN "PAYIZ - AŞAĞI FAİZ"!

İsti yay günləri artıq geridə qaldı. Payızın gəlişi ilə iş adamları yeni biznes planlarını həyata keçirməyə və ya mövcud bizneslərini genişləndirməyi düşünürlər. Bu payız işadamları və sahibkarlar üçün fərqli olacaq!

Belə ki, Bank Respublika iş adamları üçün “PAYIZ - AŞAĞI FAİZ” adlı kredit kampaniyasına start verir!

Kampaniya çərçivəsində iş adamları “Bank Respublika”dan 50.000 manatadək Mikro kreditləri Mikro faizlə, yəni illik 12%-dən başlayan faiz dərəcəi və 0% komissiya ilə götürmək imkanı əldə edəcək!

Kredit ticarət, kənd təsərrüfatı, xidmət, istehsal və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına təqdim olunur.

Kampaniya 31 oktyabr 2018-ci il tarixinədək davam edəcək.

***

Bank Respublika “Rahatlıqla Faydalan” adlı kredit kampaniyasına başlayır!

 

Vacib işlərin görülməsi və planlarınızı həyata keçirmək üçün təcili nağd pula ehtiyacınız var? Bank Respublika payız planlarınızı gerçəkləşdirmək üçün nağd pul krediti üzrə faiz dərəcələrini endirdi!

Oktyabrın 31-dək davam edəcək “Rahatlıqla Faydalan” kredit kampaniyası çərçivəsində banka müraciət edən bütün müştərilərə nağd pul krediti illik 20%- dən başlayan sərfəli şərtlərlə təklif olunacaq! Kreditin maksimal mәblәği 20 000 manat, müddәti isә 36 ay tәşkil edir. Rəsmi gəlirdən asılı olaraq, 5 000 AZN-dək məbləğdə kredit zaminsiz də təqdim edilə bilər.

Qeyd edək ki, indi bütün müştərilər Bankın rəsmi saytına daxil olaraq, eləcə də smartfon vasitəsilə WhatsApp Kredit xidmətindən istifadə edərək, asanlıqla və vaxt itirmədən 050 2459144 nömrəsinə müraciət edib kredit sifariş edə bilərlər.

***

Bank Respublika “Müəllimlərə əla təklif” kampaniyasına start verir.

Müəllim əməyi ən yüksək qiymətə və ehtirama layiqdir. Biz həyatda qazandığımız biliklərə, bir vətəndaş kimi formalaşmağımıza görə müəllimlərimizə borcluyuq.

Bank Respublika “5 oktyabr - Beynəlxalq Müəllimlər Günü” münasibətiləbütün təhsil işçilərini təbrik edir və onlar üçün xüsusi “Əla təklif” adlı nağd kreditkampaniyasının başladığını elan edir. Kampaniya çərçivəsində dəyərli müəllimlər 5 qiymətinə layiq 5 ƏLA kredit təklifindən faydalana bilər:

Faiz dərəcəsində - 5% ENDİRİM

Kreditin müddəti -36 ay

Kreditin maksimal məbləği – 20.000 manat

Ən sərfəli kredit üçün müraciət et

Komissiya – 0,5%-dən

Əmək haqqının 5 misli məbləğində kreditlər – ZAMİNSİZ

Kampaniyadan Azərbaycanın bütün təhsil müəssisələrində çalışan hər bir müəllimvə müəllim heyəti faydalana bilər.

Kampaniya 05 noyabr 2018-ci iltarixinədəkdavamedəcək.

Qeyd edək ki, indi bütün müştərilər Bankın rəsmi saytına daxil olaraq, eləcə də smartfon vasitəsilə WhatsApp Kredit xidmətindən istifadə edərək, asanlıqla və vaxt itirmədən 050 2459144 nömrəsinə müraciət edib kredit sifariş edə bilərlər.

***

BANK VTB (AZƏRBAYCAN)-DAN "NAĞD PUL"!

Bank VTB (Azərbaycan) arzularınızın gerçəkləşməsi üçün Sizə çox sərfəli şərtlərlə “Nağd Pul” krediti kampaniyasını təklif edir!

İndi Siz istənilən məqsəd üçün müddətdən və məbləğdən aslı olmayaraq, 22% faizlə düz 10 000 AZN-dək, nağd pul kreditini əldə edə bilərsiniz.

Kampaniya 31.12.2018-dək keçərlidir!

 

KAPİTAL BANK-DAN "YENƏ DƏ BEŞ"

Bankımızdan neftçilərə özəl təklif!

Yalnız 31 oktyabradək Kapital Bankdan kredit götürən neftçilər həm 5%-dək endirim, həm də BirKart əldə edəcəklər.

Aksiya əmək haqqını Kapital Bank kartları ilə almayan neftçilərə də şamil olunur.

Ətraflı: ▶goo.gl/ASG46L

 

***

Kapital Bank-dan bütün təhsil işçiləri üçün “Yenə də beş” adlı güzəştli kredit kampaniyası!

Həmkarınıza kredit götürməyi tövsiyə edin, ona "Gündəlik tələbat krediti"nə 5%-dək endirim qazandırın. Özünüz isə Kapital Bank-dan pul mükafatı və həmçinin 5%-dək endirimli kredit əldə edin. Üstəlik, hər ikinizə BirKart hədiyyə olunacaq.

Ətraflı: ▶goo.gl/CrsYwK

 

NIKOIL | BANK-DAN İKİ KAMPANİYA

Əziz Metropoliten işçiləri, peşə bayramınıza özəl NIKOIL | Bank-dan kampaniya: Noyabrın 15-dək istənilən istehlak kreditini 2% güzəşt və 1% komissiya ilə rəsmləşdirmək imkanı qazanın.

***

Peşə bayramı ərəfəsində dəmir yolu işçiləri istənilən istehlak kreditini standart kreditdən 2% aşağı faiz dərəcəsi ilə 01 oktyabrdan 30 oktyabradək keçiriləcək aksiya zamanı cəmi 1% komissiya ilə rəsmiləşdirə bilər.

 

UNİBANK-DAN "TƏQAÜDÇÜ" VƏ "START" KAMPANİYALARI

Unibank-da təqaüdçülər üçün xüsusi kampaniyaların keçirilməsi artıq ənənə halını alıb. Təqaüdçülərə kredit daha sərfəli olsun deyə, Unibank nağd istehlak kreditlərini KOMİSSİYASIZ etdi. Bu gündən etibarən təqaüdü 100 manatdan başlayan istənilən şəxs Unibank filialına yaxınlaşaraq, krediti 0% komissiya ilə əldə etmək üçün müraciət edə bilər. Kampaniya noyabrın 17-dək davam edəcək.

 

Unibank-dan krediti götürmək təqaüdçülərə xüsusi üstünlüklər verir:

- komissiya 0%;

- sığorta xərci yoxdur;

- zamin tələbi olunmur;

- kreditin ödəniş tarixini müştəri özü təyin edir;

- cəmi 19 AZN-dən başlayan aylıq ödəniş;

- kreditin çox qısa zaman ərzində rəsmiləşdirilməsi imkanı.

***

İndi bütün planlarınıza START verməyin əsl məqamıdır. Yay istirahəti başa çatır, məhsuldar payız gəlir. Belə bir vaxtda Unibankın hər kəs üçün yeni “START” kampaniyası, nəzərdə tutduğunuz işləri başlamağınız üçün çox əlverişlidir. Bu kampaniyadan faydalanmaq üçün Unibanka müraciət edin. Kampaniya çərçivəsində kredit komissiyasına endirim və ödəniş zamanı güzəşt müddəti nəzərdə tutulub. Aylıq ödəniş cəmi 19 manatdan başlayır. Kampaniya noyabrın 30-dək davam edəcək.

 

İndi Unibankdan kredit götürmək Sizə xüsusi üstünlüklər verir:

- kredit komissiyasında 50%-dək endirim;

- əsas borcun ödənişində 3 ay güzəşt müddəti imkanı;

- sığorta xərci yoxdur;

- zamin tələbi yoxdur;

- kreditin ödəniş tarixini müştəri özü təyin edir;

- 20 000 AZN-dək kredit məbləği;

- 48 ayadək ödəniş müddəti;

- “START” sözünü 8117 nömrəsinə göndərməklə, qısa müddətdə kredit sifarişi imkanı.

Ən sərfəli krediti almaq üçün müraciət et