Ən sərfəli əmanətlər – Fevral | Banco.az

Ən sərfəli əmanətlər – Fevral

Əmanətləri seçərkən əsas diqqət etdiyimiz məqam faiz dərəcəsi, əmanətin müddəti , həmçinin əmanəti yerləşdirdiyimiz valyutanın etibarlılıq səviyyəsidir.

Həmçinin bankların təkilf etdiyi müxtəlif kampaniyaları da dəyərləndirmək olar. Bu kampaniyalar sizə əlavə uduş şansı qazandıra, əmanətinizi daha  mənfəətli şəkildə yerləşdirməyə kömək ola bilər.

Kapital Bank

15.01.2015–14.03.2015 tarixləri aralığında “Depozitləriniz yüksəlsin” depozit kampaniyası keçirilir.

Kampaniya çərçivəsində “Kapital depoziti” məhsulu üzrə AZN faiz dərəcələrinə 2% əlavə olunur. 

Eyni zamanda “Kapital” depoziti ilə bağlı lotereya keçirilir. Lotereyada 15.01.2015–14.03.2015 tarixləri aralığında “Kapital” depozit məhsulu üzrə minimum 500 AZN/USD/EUR məbləğində və  ən azı 12 ay müddətinə açılmış əmanət müqavilələri iştirak edir. Depozit hesabında yerləşdirilmiş hər 500 AZN/USD/EUR müştəriyə bir uduş şansı verir. Ümumilikdə 15 qalib olmaqla hər qalibə “Paşa Travel” turizm şirkətindən 1500 AZN həcmində iki nəfərlik səhayət paketi təqdim olunacaq.

Yapı Kredi Bank Azərbaycan

22 yanvar-28 fevral tarixləri arasında illik 7500 manata qədər əmanət yerləşdirən hər bir vətəndaş güzəştlərdən yararlanacaq.

22 Yanvar – 28 Fevral tarixləri arasında, daha əvvəl Yapı Kredi Bank Azərbaycanda heç bir əmanət yerləşdirməmiş müştərilər üçün, 1 il müddətinə , 7500 AZN-ə kimi yerləşdirilən əmanətlərdən Əmanət Vergisi tutulmayacaqdır. Əmanət Vergisi Yapı Kredi Bank Azərbaycan tərəfindən qarşılanacaqdır.
Kampaniya müddətində yerləşdirilən ancaq vaxtından əvvəl çıxarılan/ləğv edilən əmanətlər üçün bu kampaniya tətbiq olunmayacaqdır və həmin əmanətlərə ödəniləcək faiz dərəcəsi illik 0.25% olacaqdır.

VTB Bank

VTB Bank beşillik yubileyi münasibəti ilə əmanətlər üzrə faizləri artırıb.  İndi istənilən Bank VTB Azərbaycan filialına yaxınlaşmaqla, əmanət yerləşdirib, illik 12 faizədək gəlir əldə edə bilərsiniz. 

DəmirBank

“DəmirBank” “Böyük gələcəyə kiçik körpülər” adlı layihəyə start verib. Layihənin məqsədi, övladı yeni dünyaya gəlmiş valideynlərə övladlarının gələcəklərini təmin etməkdə yardımçı olmaqdır. Belə ki, layihə çərçivəsində “DəmirBank”ın əməkdaşlıq etdiyi klinikalarda övladı yeni dünyaya gəlmiş valideynlərə sertifikat təqdim olunacaq. Həmin sertifikatı “DəmirBank”a təqdim etməklə övladının adına “Yığım” əmanəti hesabı açan valideynlərə yatırdıqları məbləğ qədər vəsait hədiyyə ediləcək.

Bu cədvəldə isə Siz maksimum faiz əldə etmək üçün hansı banka əmanəti neçə müddətə yerləşdirməli olduğunuz ilə tanış ola biləcəksiniz. Yəni cədvəldə hər bir bankda fiziki şəxslərin əmanəti üzrə maksimum depozit faizi verilmişdir. Cədvəl Fins.az tərəfindən hazırlanıb. 

Bankın adı

Maksimal faiz dərəcəsi

Minimal müddət tələbi

1

“Parabank”

21,80%

8 il

2

“Azərbaycan Beynəlxalq Bankı”

20,60%

10 il

3

“Bank Standard”

20,00%

6 il

4

“Bank of Baku”

16,00%

5 il

5

“Dekabank”

16,00%

3 il

6

“Atabank”

15,00%

5 il

7

“Kapitalbank”

15,00%

5 il

8

“Amrahbank”

14,50%

3 il

9

“Expressbank”

14,50%

5 il

10

“Qafqaz İnkişaf Bankı”

14,50%

3 il

11

“Turanbank”

14,50%

3 il

12

“Bank BTB”

14,00%

3 il

13

“Gəncəbank”

14,00%

2 il

14

“Muğanbank”

14,00%

3 il

15

“Unibank”

14,00%

3 il

16

“Bank Nikoil”

13,20%

3 il

17

“Atrabank”

13,00%

3 il

18

“NBC Bank”

13,00%

1,5 il

19

“Bank VTB”

12,00%

3 il

20

“Kredobank”

12,00%

2 il

21

“Accessbank”

12,00%

1 il

22

“Bank Technique”

12,00%

5 il

23

“Rabitəbank”

11,50%

2 il

24

“AGBank”

11,00%

2 il

25

“Azər-Türk Bank”

11,00%

3 il

26

“Bank Avrasiya”

11,00%

2 il

27

“Bank Respublika”

10,50%

3 il

28

“Dəmirbank”

10,50%

3 il

29

“Naxçıvanbank”

10,00%

1 il

30

“PAŞA Bank”

10,00%

5 il

31

“Zaminbank”

10,00%

1 il

32

“Azərbaycan Kredit Bankı”

9,00%

1 il

33

“Yunayted Kredit Bank”

9,00%

1 il

34

“Bank Silk Vey”

8,00%

1 il

35

“Yapı Kredi Bank”

8,00%

3 il

36

“AFB Bank”

7,00%

1 il

37

“Xalq Bank”

6,00%

1 il

38

“Azərbaycan Sənaye Bankı”

4,50%

3 il

39

İran Milli Bankının Bakı filialı

1,00%

1 il

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et