Ən qeyri-adi notbuklar TOP-15 | Banco.az

Ən qeyri-adi notbuklar TOP-15

Notbuklar fərdi kompüterlərin bir çox müsbət üstünlüklərini özündə birləşdirən: yüksək göstərici, kifayət qədər geniş ekran, rahatlıq baxımından ən çox yayılmış kompüter cihazlarından biridir. Məhz notbukun sayəsində biz, eyni zamanda oyun oynaya, internet vasitəsilə dostlarla ünsiyyət qura, qatar vaqonunda, avtobusda, gəzinti zamanı işlərimizi görə bilərik.

Notbuk istehsalçıları arasında yüksək rəqabətin olması, dizayner və tərtibatçıları, dizayn və funksional keyfiyyətləri yaxşılaşdırmaq üçün davamlı işləməyə məcbur edir. Sizə 15 ən orijinal notbuk konseptini təqdim edirik.

 

1. B-MEMBRANE

Bu konsept Koreyada yaşayan və işləyən Won-Seok Lee tərəfindən hazırlanıb. O, adət etdiyimiz monitoru sistem blokunun yuxarı hissəsində yerləşən konusa bənzəyən proyektorla əvəz edib. Görüntü istifadəçi tərəfindən seçilmiş hər hansı bir səthdə işıqlanır. Notbuk sensor klaviatur və diskləri yazmaq və oxumaq üçün xüsusi cihazla təchiz olunub. Kompüterə ehtiyac olmadıqda isə işıqlandırma cihazı kimi istifadə edilə bilər.

2. D-ROLL

Bu konsept çıxarıla bilən veb-kamera və klaviaturu olan OLED-ekranı ilə asan şəkildə boruya yığıla bilməsinə görə fərqlənir. Yüngül çəki və daşına bilməsi - onun əsas üstünlükləridir!

3. PLASTİK OLED-EKRANLI ROLLTOP

Orkin Design konseptinə aid elastik, əyilə bilən OLED-ekranlı digər bir nümunə.

4. TRANSPARENT OLED LAPTOP

Samsung-un son konseptidi, 14 düym diaqonallı şəffaf ekranı var.

5. ÇOXRƏNGLİ CÜT EKRANLI MOONLIGHT

"Ay işığı" adlandırılan konseptin gələcəkdə istehsal oluna biləcəyi ehtimalı azdır, amma dəqiq hələ çox müzakirə olunacaq. Onun müəllifi T.Braun çox mürəkkəb bir fikri reallaşdırdı. Cihaz cüt ekrana sahibdi, qatlanır (16/9 və 4/3 nisbətində) və istifadəçinin gözləri ilə ekranın səthi arasında optimal məsafəni qoruyur, bu da iş zamanı göz yorğunluğunu əhəmiyyətli dərəcədə azaldır.

6. VICTOR BIVOL-un YENİ LAPTOPU

Bu konseptdə müəllif (cihaz onun adını daşıyır) qrafik planşeti və notbuku eyni cihazda birləşdirməyə çalışdı. Klaviatur çıxarıla bilər, sonra xüsusi dizayn proqramlarından istifadə etməyə imkan verən sensor panel açılır.

7. KAĞIZDAN NOTBUK

Ən sərfəli kredit üçün müraciət et

Onun müəllifi sənaye dizayn sahəsinin mütəxəssisi Je Sung Park kağızdan notbuk yaratmağı bacardı.

8. HOMOSENTRİK LAPTOP

C.Andersenin müəllifi olduğu əyilə bilən notbuk konsepti.

9. EVOBOOK

Avstraliyalı tələbə tərəfindən həyata keçirilən adi elmi notbukun klaviaturu ilə aparılan təcrübələr nəticəsində ortaya çıxan konsept. Burada klaviaturun və ekranın erqonomik, dəyişkən nisbi yerləşdirilməsinin orijinal sistemi təklif olunur, bunun sayəsində hər gün belə bir laptopda işləyərkən yenilik hiss ediləcək.

10. NOKIA ÖZ “BORU” SUNU TƏQDİM ETDİ

Elastik OLED-ekranı olan R.Merkadonun mükəmməl müəllif konsepti.

11. BUKBUK

Notbukun korpusu, əlbəttə ki, daxili səhifələri çıxarılan böyük bir kitaba yerləşdirilib. Yəqin ki, bu qərarın müəllifi tədricən elektron media ilə əvəz olunan ənənəvi kağız kitablar üçün nostalji hisslər yaşayır.

12. VAIO ZOOM

E.Setivanın bu müəllif konseptini Sony təqdim edir. Notbukun çox möhtəşəm görünüşü var. Ekranı ultra nazik şüşədən hazırlanıb və görüntü holoqrafik şəkil kimi görünür. Cihaz söndürüldükdə ekran tamamilə şəffaf olur, ancaq sensor klaviaturu tünd-qara mat rəngindədir.

13. HEART

Bu adda olan notbuk ("ürək" olaraq tərcümə olunur) xüsusi bir hissə ilə təchiz olunub ki, bu da qatlandıqda daşınma qolu kimi istifadə edilə və notbuk bağlı olduqda dayaq rolunu oynaya bilər.

14. IWEB 2.0

Qatlanan klaviaturu olan klassik notbuk konsepti. Çox vaxt istifadəçilər notbukun bütün üstünlüklərinə baxmayaraq, klaviaturun narahatlığı ilə qarşılaşırlar. Sonra əlavə bir klaviatur almalı və onunla işləməli olurlar. Bu modellə belə bir çatışmazlıq yaşanmayacaq.

15. BANG&OLUFSEN ALÜMİNİUM KORPUSLU NOUTBUK

Metal korpusdan əlavə, tanınmış danimarka dizaynerlərinin bu konseptində iki əllə işləmək və bəzi irəliləyişləri təmin edən ikili taç-pəd paneli təqdim olunub.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et