Ən populyar sosial media platformaları hansılardır? – SİYAHI | Banco.az

Ən populyar sosial media platformaları hansılardır? – SİYAHI

Müəllif: Gülnar Əhmədli, Banco.az

"World of Statistics" tərəfindən aylıq aktiv istifadəçilərin sayına görə ən populyar sosial media platformalarının adlarını açıqlanıb.

Banco.az xəbər verir ki, ABŞ-ın "Facebook" sosial şəbəkəsi bu siyahıda ilk yerdədir. Sosial şəbəkənin 3,03 milyard aylıq aktiv istifadəçisi var.

İkinci yerdə aylıq 2,56 milyard istifadəçi ilə dünyanın ən böyük video paylaşma sistemlərindən biri olan "YouTube" qərarlaşıb.

İlk üçlüyü 2 milyard aktiv istifadəçi ilə "WhatsApp" bağlayır.

İlk 10-luqda sonrakı yerlər isə belədir:

"Instagram" – 2 milyard

"WeChat" – 1,31 milyard

"TikTok" – 1,09 milyard

"Messenger" – 1 milyard

Ən sərfəli kredit üçün müraciət et

"LinkedIn" – 930 milyon

"Telegram" – 800 milyon

"Snapchat" – 750 milyon

Qeyd edək ki, hazırda "X"in ("Twitter") 541 milyon aktiv istifadəçisi var.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et