Ən populyar 5 veb-brauzer – Müsbət və mənfi xüsusiyyətlər | Banco.az

Ən populyar 5 veb-brauzer – Müsbət və mənfi xüsusiyyətlər

Müəllif: Gülnar Əhmədli, Banco.az

İnternet brauzerləri istifadəçilərə internetdə veb-saytları ziyarət etmək və müxtəlif onlayn məzmuna daxil olmaq imkanı verən proqramlardır. Bu proqramların köməyi ilə istifadəçilər internet səhifələrinə baxır və eyni zamanda istifadəçilər internetdə bir-biri ilə əlaqə qururlar. İstifadəçilər üstünlük verdikləri brauzerlərin sürət, etibarlılıq və istifadə rahatlığı kimi xüsusiyyətlərə malik olmasını istəyirlər.

Bu məqalədə 5 məşhur ("Google Chrome", "Mozilla Firefox", "Microsoft Edge", "Safari" və "Opera") internet brauzerinin müsbət və mənfi xüsusiyyətlərindən danışacağıq.

1. "Google Chrome"

Müsbət xüsusiyyətlər:

– "Google Chrome" yüksək performanslı brauzerdir. Səhifənin yüklənmə müddətləri olduqca sürətlidir.

"Chrome" veb mağazası istifadəçilərə brauzerlərini fərdiləşdirmək üçün minlərlə əlavələr (plagin) təklif edir. Plaginlərin istifadəçiləri brauzeri ehtiyaclarına uyğun olaraq fərdiləşdirirlər.

– Daim yenilənən brauzerdir. Bundan əlavə, təhlükəsizliklə bağlı boşluqları aradan qaldırmaq üçün müntəzəm olaraq yenilənir.

– Brauzerlə asanlıqla HTML5 və CSS3 texnologiyalarından istifadə edə bilərsiniz.

Mənfi xüsusiyyətlər:

– "Chrome"da çoxlu səhifə açdığınız zaman sistem proqramları bir az ağırlaşır. Sistem resurslarınız bir az aşağıdırsa, bu, kompüterlərdə performans itkisinə səbəb olacaq. Xüsusilə kompüteriniz köhnədirsə, yavaşlama qaçılmazdır.

"Chrome" istifadəçi hərəkətlərini izləyir və bu hərəkətlər haqqında məlumat toplayır. Brauzer həmçinin istifadəçilərə hədəflənmiş reklamları göstərmək üçün bu məlumatlardan istifadə edir.

2. "Mozilla Firefox"

Müsbət xüsusiyyətlər:

– "Firefox" açıq mənbəli brauzer olduğundan, istifadəçilərinə proqramı sərbəst şəkildə nəzərdən keçirməyə, paylaşmağa və dəyişdirməyə imkan verir.

– Brauzerdən "Windows", "Linux", "macOS", "Android" və "iOS" əməliyyat sistemlərində istifadə etmək mümkündür.

"Firefox" istifadəçilərə brauzerdə çoxlu fərdiləşdirmələr etməyə imkan verir. Mövzular, menyu parametrləri və düymə düzümü kimi bir çox detalları fərdiləşdirə bilərsiniz.

– "Firefox" daim yenilənən bir brauzerdir. Tez-tez yenilənən brauzerə yeni funksiyalar əlavə olunur. 

Mənfi xüsusiyyətlər:

– "Firefox" "Chrome ilə müqayisədə daha az əlavə proqramlara malikdir. Buna görə "Firefox"da bəzi xüsusi əlavələr tapa bilməyəcəksiniz.

– Digər brauzerlərlə müqayisədə "Firefox"un reklam bloklama funksiyaları o qədər də təkmilləşdirilməyib.

"Firefox"a əlavə edilmiş bütün əlavələr eyni istifadəçi ID-si altında hazırlandıqda, brauzer yavaşlaya və bəzi hallarda açılmaya bilər.

3. "Microsoft Edge"

Müsbət xüsusiyyətlər:

– "Microsoft Edge" istifadəçilər üçün üstünlükdür, çünki o, "Google Chrome"un "Chromium" mühərrikindən istifadə edir. 

"Chromium" əsaslı olduğu üçün səhifələri tez yükləyir və aşağı sistem resurslarından istifadə edərkən üstünlüklər verir.

– Brauzerin tam "Windows" inteqrasiyası ilə istifadəçilər bütün "Windows" xüsusiyyətlərindən asanlıqla faydalana bilərlər.

Mənfi xüsusiyyətlər:

– "Chrome" və "Firefox" ilə müqayisədə əlavə mağazada tətbiqlərin sayı məhduddur və azdır.

– "Edge"in reklam bloklama xüsusiyyətləri digər brauzerlərdən bir qədər zəifdir.

– "Microsoft Edge" "Microsoft"un öz ekosisteminə daha çox inteqrasiya olunmuş brauzerdir.

4. "Safari"

Müsbət xüsusiyyətlər:

– "Safari" "macOS" və "iOS" cihazları üçün uyğundur. 

– Brauzerin enerjiyə qənaət edən xüsusi dizaynı "Apple" cihazlarında daha uzun batareya ömrü olmasına kömək edir.

– İstifadəçi məxfiliyinə üstünlük verən "Safari"nin məxfilik xüsusiyyətləri vasitəsilə istifadəçilər onlayn olduqda daha təhlükəsiz olurlar.

Mənfi xüsusiyyətlər:

– Əlavələr mağazası çox inkişaf etməyib, buna görə də seçimlərin sayı məhduddur.

– "Safari" digər brauzerlərə nisbətən daha az yeniləmə alır. Bu da bəzi hallarda istifadəçilərin təhlükəsizlik və performans problemləri ilə üzləşməsinə səbəb olur.

5. "Opera"

Müsbət xüsusiyyətlər:

– Yüksək performans təklif edən "Opera" səhifələri tez yükləyir və sistem resurslarından aşağı səviyyədə istifadə edir.

– Ən vacib üstünlüklərdən biri pulsuz inteqrasiya edilmiş VPN təklif etməsidir. Başqa sözlə desək, istifadəçilər heç bir iz qoymadan internetdən anonim istifadə edə bilirlər.

"Opera" istifadəçilərə reklamsız internet təcrübəsi təqdim etmək üçün reklamların bloklanması funksiyalarını təklif edir.

– Brauzerin məlumat qənaət rejimi səhifə yükləmə vaxtlarını azaltmaqla həm məlumatlara, həm də vaxta qənaət edir.

Mənfi xüsusiyyətlər:

"Opera"nın plagin mağazası digər brauzerlərlə müqayisədə zəifdir.

– Bəzi veb-saytlarda uyğunsuzluq səbəbindən brauzer xətalara və yükləmə problemlərinə səbəb olur.

Təhlükəsizlik, sürət, fərdiləşdirmə və plugin mağaza zənginliyi kimi meyarlara əsaslanaraq ehtiyaclarınıza uyğun seçiminizi edə bilərsiniz. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram