Ən məşhur Azərbaycan bankları hansılardır? - TOP 10 | Banco.az

Ən məşhur Azərbaycan bankları hansılardır? - TOP 10

MC&S-in media monitorinq qrupu bu ilin may ayında apardığı media monitorinqin nəticələrini açıqlayıb. 5 sektor üzrə adı mediada ən çox hallanan qurumların onluğunu təqdim edib. 

Məlumatların sayına görə banklar arasında adı mediada ən çox hallanan  Beynəlxalq Bank olub.  Qurum haqqında mətbuatda 4 008 məlumat verilib. 

Siyahıda ikinci yerdə Kapital Bank, üçüncü isə Azər Türk Bank qərarlaşıb. 

Xatırladaq ki, Şirkətin media monitorinq qrupu 10 Televiziya, 55 çap və 500 on-line media daxil olmaqla 565-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir.  Şirkət hazırda 20 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır.