Müəllif: Tamara Mustafayeva, Banco.az
Dünyanın ən güclü pasportları açıqlanıb.
Banco.az xəbər verir ki, “Henley & Partners Passport Index”in məlumatlarına əsasən, ən güclü pasportlara malik ölkələrin reytinqi yenilənib.
194 ölkəyə vizasız giriş imkanı ilə 5 ildir siyahının ilk pilləsində olan Sinqapur və Yaponiyaya bu dəfə Fransa, Almaniya, İtaliya və İspaniya da əlavə edilib.
Siyahıda ikinci yerdə Finlandiya, Niderland, Cənubi Koreya və İsveç qərarlaşıb.
Altıncı yeri tutan Amerika Birləşmiş Ştatları isə indiyə qədərki ən pis göstəriciyə nail olub. Belə ki, ABŞ pasportu olan turistlər 189 ölkəyə vizasız daxil ola bilərlər.
Qeyd edək ki, 72 ölkəyə vizasız giriş təmin edən Azərbaycan isə siyahının 75-ci yerində qərarlaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!