Bank sektoru həqiqətən də həmişə risklərlə üz-üzə olub. Xüsusilə devalvasiya, inflyasiya və digər çətin dönəmlərdə. Bankı idarə etmək, doğru strategiyanı müəyyənləşdirməkdə isə əsas məsuliyyət idarə heyətinin, ən əsas da sədrin üzərində düşür. Bəs uğurlu lider olmaq üçün hansı xüsusiyyətlər tələb olunur? "Ağıl yaşda deyil, başdadır" prinsipi bu mövzuda da keçərlidirmi?
Bu suala aydınlıq gətirmək üçün, araşdırma etdik. Ölkəmizdə bankları idarə edən əksər CEO-ların yaşlarını müəyyən etdik. Nəticə isə bizi bir qədər təccübləndirdi. Çünki, banklarımızda rəhbər postu tuatanların demək olar ki, əksəriyyəti 30-40 yaş aralığındadır. Yəni onları cavan hesab etmək olar.
Belə halları xüsusilə qabaqcıl, Azərbaycanda öz sözünü demiş banklarımızın rəhbərliyində müşahidə etdik.
Ən gənc bank rəhbərimizin isə cəmi 30 yaşı var. O, Parabankda rəhbərlik edən, Vəli Quliyevdir.
Beləliklə, sizə, Banklarımızda idarə heyətinə rəhbərlik edən şəxslərin doğum tarixi və yaşlarını təqdim edirik.
AccessBank- MICHAEL HOFFMANN- 1966-ci il- 49yaş
AG Bank- Mövsümov Azər Fazil oğlu - 12 Fevral 1970-ci il- 45 yaş
Amrah Bank- Həsənov Emil Cəfərqulu oğlu - 1979-cu il- 36 yaş
ASB Bank- Doğan Tandoğan 1973-cü ildə Türkiyə Respublikasında anadan olmuşdur. 42yaş
Ata Bank- Babaşlı Etibar Əmirxan oğlu 1976-ci ildə anadan olub. 39 yaş
Azər Türk Bank- Adıgözəlov Fərhad Əsgər oğlu. 15.04.1977. 38 yaş
Azərbaycan Beynəlxalq Bankı- Məmmədov Elmar Məmmədoğlu 9 oktyabr 1967. 48 yaş
Bank Avrasiya- Kərimov Rüfət Fuad oğlu 2 iyul 1963-cü il tarixdə anadan olub. 52 yaş
Bank BTB- Qocayev Samir Nəriman oğlu 7 noyabr 1977-ci il. 38yaş
Bank of Baku- Abbas İbrahimov 1981-ci il, iyul ayının 11-də anadan olmuşdur. 34yaş
Bank Silk Way- Əhmədov Elçin Eldar oğlu 08 fevral 1982-ci il. 33yaş
Bank Respublika- Xədicə Həsənova. 15 iyul 1977-ci il. 38 yaş
Dəmir Bank- Roman Əmircanov 2 oktyabr 1963-cü il. 52yaş
Express Bank- Məmmədov Emin Yaşar oğlu 6 oktyabr 1973-cü il, 42yaş
Kapital Bank- Allahverdiyev Rövşən Şamil oğlu 11 yanvar 1972-ci il, 43yaş
Mugan Bank- Elmir Ə. Həsənov 28.03.1971-ci il, 44 yaş
NBC Bank- Məmmədov Elçin Pünhan oğlu 1980-ci il, 35yaş
Nikoil Bank- Xamaza Vasiliy Viktoroviç- 1 yanvar 1958-ci il, 57 yaş
Parabank- Vəli Eldar oğlu Quliyev, 21 noyabr 1984-cü il, 30 yaş.
Paşa Bank- Taleh Kazımov 11 sentyabr 1983-cü il, 32yaş
Rabitə Bank- Elçin Qədimov 24 may 1978- ci il, 37 yaş
Unibank- Faiq Hüseynov- 19 iyun 1966- cı il, 49 yaş
VTB Bank- Yakovlev Yuriy 1957-ci il. 58yaş
Yapi Kredi Bank Azərbaycan- Altan Şentürk 1 sentyabr 1962-ci il, 53 yaş
Zamin Bank- Zəhra Quliyeva 13 iyun 1973-cü il, 42 yaş
Bəzi banklardan məlumatları çox çətinliklə öyrənə bildik. Digərlərində isə informasiya veb-saytlarında qeyd olunmuşdu. Bir neçə bank isə bu məlumatı dövlət sirri imiş kimi gizlətdi. Biz isə onlardan sədrlərin qazancını yox, sadəcə yaşını soruşurduq.