Ən effektiv reklam, dost tövsiyəsidir - Mark Tsukerberq | Banco.az

Ən effektiv reklam, dost tövsiyəsidir - Mark Tsukerberq

Banco.az sizə Facebook-un yaradıcısı Mark Tsukerberqdən ən yaxşı sistatları təqdim edir.

İnternetdən istifadə zamanı anonimliyi qorumağa çalışmaq – qorxaqlıqdır.

Biz əlimizdən gələn hər şeyi edəcəyik ki, bizim saytımız sizə monitordan bir an olsa belə çəkilməyə macal verməsin.

Sosial şəbəkə  - dostluğa alternativ deyil, bu sadəcə dostluğun davamıdır.

Ən effektiv reklam – dost tövsiyəsidir. 

Yaşlandıqca anlayıram ki, voyeuristlər üçün xidmətlərin təqdimi – qazanc əldə etməyin ən yaxşı yoludur. 
Mənim bir mənzilim var, orda çarpayı, masa, stul və çaynikdən başqa heç nə yoxdur. Həmçinin mənim internetə də girişim yoxdur. Bu o deməkdir ki, mən istəyəndə özümü tam təcrid edə bilirəm. Ya da mən ora internet çəkmək üçün çox təmbələm.
Hər yüz illikdə kütləvi informasiya vasitələri müəyyən dəyişikliklərə məruz qalır. Indi isə konkret insanlar arasında total informasiya mübadiləsinin zamanı yetişib. İnternet reklamının gələcəyi buna bağlıdır: Sən dostunun səhifəsinə baxanda onun etdiyi bir tövsiyəni görürsən, heç nə bu qədər yaxşı işə yaraya bilməz.”
Hansısa bir anda dövlət xoşlamadığı bir şeyi blok etmək imkanı əldə edəcək. Bu isə artıq, ümumilikdə cəmiyyətin əleyhinədir (ictimaiyyətin ziyanınadır). 

Ən sərfəli kredit üçün müraciət et

Facebook-un İPO-su nəticəsində əldə edəcəyimi 18 milyard dollarla nə etməyi düşünürəm? –Ola bilsin ki, Yunanıstanı aldım, amma düşünürəm ki, bundan sonra da mənim 18 milyard dollarım qalacaq”. 

“Ən böyük risk heç cürə riskə getməməkdir. Olduqca sürətlə dəyişən dünyada, uğursuzluğa 100% zəmanət verən yeganə strategiya – riskə getməməkdir”. 

Könül Soltanova, [email protected]

Ən sərfəli krediti almaq üçün müraciət et