Müəllif - Gülnar Əhmədli, Banco.az
Azərbaycandakı 20 sığorta şirkətinin hesabına bu ilin yanvar-may aylarında 566 milyon 434 min manat məbləğində sığorta haqqı yığılıb.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu dövrdə sektorun ən çox yığım edən şirkəti "PAŞA Həyat Sığorta" ASC olub. Belə ki, şirkətin hesabına 247 milyon 765 min manat sığorta haqqı toplanılıb. Sektorun ən az yığım edən şirkəti isə "Naxçıvan Sığorta" ASC (1 milyon 281 min manat) olub.
Bu dövrdə ən çox sığorta yığımı edən 5 şirkətin siyahısı belədir:
- "PAŞA Həyat Sığorta" – 247,8 milyon manat
- "PAŞA Sığorta" – 140,5 milyon manat
- "Qala Sığorta" – 37,3 milyon manat
- "Atəşgah Həyat Sığorta" – 27,5 milyon manat
- "Atəşgah Sığorta" – 13,8 milyon manat
Bizi sosial şəbəkələrdən izləyin!!