Ən çox satılan telefon modelləri açıqlandı | Banco.az

Ən çox satılan telefon modelləri açıqlandı

2020-ci ilin 3-cü rübü üzrə ən çox satılan telefon modelləri bəlli olub.

Canalys şirkətinin hesabatına görə, smartfon bazarının lideri Apple olsa da, Samsung və Xiaomi daha çox modeli satışa çıxarmaları ilə yadda qalıblar.

Üçüncü rübdə ən çox satılan smartfon iPhone 11 olub. 16 milyon ədəd satılan modeli siyahıda iPhone SE 2020 təqib edib. Onun satış həcmi isə 10 milyon ədəddən bir qədər çox olub. 

Növbəti yerləri uyğun olaraq Samsung şirkətinin istehsal etdiyi Galaxy A21s, Galaxy A11 və Galaxy A51 tutub. Bununla yanaşı, Samsung-un A31 modeli 8-ci, Galaxy A01 Core isə 10-cu yeri tutub. 

Xiaomi istehsalı Redmi Note 9, Redmi 9 və Redmi 9A modelləri  uyğun olaraq 6, 7, 9-cu yerlərdə qərarlaşıblar.

ted.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram