Ən çox satılan “Google” smartfonlarının adları açıqlandı | Banco.az

Ən çox satılan “Google” smartfonlarının adları açıqlandı

Müəllif - Aida İsaq, Banco.az

“Google” şirkətinin bu günə qədər ən çox satılan modelləri açıqlanıb.

Banco.az xəbər verir ki, bu barədə “Alphabet”in baş direktoru Sundar Piçai bildirib. O, ən çox satılan qadcetlərin “2022 Pixel 6A, 7 və 7 Pro” olduğunu açıqlayıb. Eyni zamanda şirkətin cari ildə fəaliyyət göstərdiyi bütün bazarlarda payını artırdığını qeyd edib. Bununla yanaşı, “Google”nin hələ də mobil cihaz bazarında kiçik paya sahib olduğu bildirilir. Ancaq Piçai smartfonların korporasiya üçün mühüm rol oynadığını qeyd edərək bunun müvafiq sektora sərmayə yatırmağa təşviq etdiyini vurğulayıb.

Qeyd edək ki, daha öncəki məlumatlara əsasən, “Alphabet”in 2022-ci ilin dördüncü rübündə gəliri ötən ilin eyni dövrü ilə müqayisədə cəmi 1% artıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et