Ən çox qəhvə istehsal edən ölkələr hansılardır? | Banco.az

Ən çox qəhvə istehsal edən ölkələr hansılardır?

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ən çox qəhvə istehsal edən ölkələr müəyyən edilib.

Banco.az xəbər verir ki, ən çox qəhvə istehsal edən 5 ölkə: Braziliya, Vyetnam, Kolumbiya, İndoneziya və Efiopiyadır.

Bu gün dünyanın 70-dən çox ölkəsi qəhvə istehsal edir. Lakin qlobal istehsalın 75 faizi yalnız beş ölkədən gəlir: Braziliya, Vyetnam, Kolumbiya, İndoneziya və Efiopiya. Bu ölkələr qəhvə dənələri ixracatı ilə iqtisadiyyatlarına töhfə verərkən, bazar paylarını artırmaq üçün də qəhvə istehsalı üçün ən əlverişli bölgələrdə yeni istehsal sahələri yaratmağa davam edirlər.

2022-ci ildə ən çox qəhvə istehsal edən ölkə olan Braziliya ildə 3 milyon 756 min ton qəhvə istehsal edərək dünya qəhvə istehsalının təxminən 40 faizini təmin edib. 

Ən sərfəli kredit üçün müraciət et

Braziliyadan sonra gələn Vyetnam ildə təqribən 1 milyon 660 min ton qəhvə ilə ümumi qəhvə istehsalının təxminən 20 faizinə sahib olduğu halda, üçüncü yerdə olan Kolumbiya isə ildə təxminən 756 min ton qəhvə ilə ümumi qəhvə istehsalının təxminən 10 faizinə sahibdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et