Ən çox qazandıran peşələr hansılardır? | Banco.az

Ən çox qazandıran peşələr hansılardır?

Müasir dünya fürsətlərlə doludur. Fərdlərin rifahını artıran peşələr iqtisadi rifahın da yüksək səviyyələrə qaldırılmasına imkan verir. Dünyanın ən sərfəli peşələrini sizin üçün araşdırdıq. Son illərin ən gəlirli peşələrinə nəzər salaq.

Təbiət Elmləri İdarəçisi

Təbiət elmləri idarəçisi dünyanın ən çox pul qazandıran peşələrindən biridir. Bu sahədə çalışanlar yüksək əməkhaqqı alırlar və eyni zamanda böyük məsuliyyət daşıyırlar. Onlardan aqronom, kimyaçı, fizik kimi digər elm adamlarının işinə nəzarət etmələri gözlənilir. Bu peşədə olan insanlar, ümumiyyətlə, tədqiqat və inkişaf sahəsində çalışırlar. Onların əksəriyyətinin öz şirkətləri var. Bu sahədə dünyada ən yüksək gəlir 97 560 dollardır.

Marketinq direktoru

Marketinq direktoru vəzifəsi müasir şirkətlərdə əsas vəzifələrdən və dünyanın ən yüksək maaşlı işlərindən biridir. Onlar hər hansı bir şirkətin marketinq strategiyasını həyata keçirməyə cavabdeh olan insanlardır. Onlardan ictimaiyyətlə əlaqələr üzrə fəaliyyətlərin aparılması, biznesin inkişafı və böyüməsi, media və firma məhsullarının tanıtım fəaliyyətləri ilə məşğul olacağı gözlənilir. Bu sahədə ən yüksək gəlir 100 020 dollardır.

Kompüter və İnformasiya texnologiyaları mütəxəssisləri

Bu şəxslər hər hansı bir şirkətin informasiya texnologiyalarına əsaslanan işi ilə məşğul olurlar. Bu səbəbdən bu insanların qabaqcıl texniki bacarıqlara sahib olması lazımdır. Bu sahədə işləyən insanlar, məlumat emalı sahəsində kifayət qədər irəliləyiş olmadığı ilk günlərdə bir proqramçı və ya məlumat analizatoru kimi işləyirdilər. Ancaq zaman keçdikcə və təcrübə qazandıqca sistem analitiki və məlumatların idarə edilməsi kimi əsas vəzifələri öz üzərinə götürməyə başladılar. Müasir dünyada beynəlxalq firmalar bu insanlara yüksək maaş verirlər. Bu sahədə ən yüksək gəlir 100 100 dollardır.

Hava hərəkət nəzarətçisi

Hava yolu ilə səyahətə üstünlük verənlərin sayı hər il əhəmiyyətli dərəcədə artır. Bu, təbii olaraq hava nəqliyyatının daha sıx olmasına səbəb olur. Bu səbəbdən hava hərəkəti təhlükəsizliyi üçün istifadə olunan texnologiyalar və üsullar daim inkişaf edir. Bu texnologiyalardan və texnikalardan istifadə edərək hava nəqliyyatının idarəediciləri təyyarələrin təhlükəsiz yerə enməsini təmin edir. Bu müddətdə etdikləri ən kiçik bir səhvin son dərəcə ciddi və riskli nəticələrə səbəb ola biləcəyini bilən bu peşə qrupu da ən çox qazanan peşələr sırasındadır. Onların illik qazancı 135 120 dollardır.

Hüquqşünaslar

Cəmiyyətdə hər kəsin hansısa şəkildə hüquq sistemi ilə əlaqəsi var. Hər hansı bir hüquqi problemi olan insanlara kömək edəcək vəkillər vardır. Bu gün insanlar təkcə qətl və mülki hüquq məsələləri ilə bağlı vəkillərə müraciət etmirlər, həm də ətraf mühit hüququ, müəllif hüquqları, əqli mülkiyyət və s. Hüquqşünaslar bu cür məsələlərdə bizə kömək edəcək insanlardır. Bu işlə məşğul olan firmalar, peşəkar hüquqşünaslara əhəmiyyətli maaş ödəyirlər. Bu sahədə ən yüksək ödəniş 110 590 dollardır.

Ən sərfəli kredit üçün müraciət et

Diş həkimləri

Müasir dünyada diş həkimləri ildə böyük miqdarda pul qazanırlar. Qabaqcıl diş həkimlərinin işləri az olsa belə, gəlirləri hər il artır. Bu sahədə qazanılan ən yüksək gəlir 132 660 dollardır.

Pilotlar

Aviasiya sənayesi gündən-günə inkişaf edir və böyüyür. Yeni texnologiyaların tətbiqi ilə pilotların işi daha mürəkkəb və texniki hala gəldi. Buna görə onlar dünyanın ən yaxşı maaşlarından birini qazanır. Pilot olmaq asan deyil, zəhmət və ciddi investisiya tələb edir. Bu sahədə qazanılan ən yüksək gəlir 134 090 dollardır.

Baş mühəndis

Mühəndislərin vəzifələri tədqiqat, dizayn və istehsal fəaliyyətlərini həyata keçirməkdir. Zaman irəlilədikcə mühəndislik gəlir baxımından digər sahələri keçməkdədir. Bu sahədə ən yüksək gəlir 140 210 dollardır.

Baş icraçı direktor

CEO-lar bütün təşkilatlarda ən üst idarəçiləridir və şirkətin bütün işlərinə cavabdehdirlər. Məsuliyyət səviyyələrinə görə yüksək maaş alırlar. CEO-lar şirkətin idarə heyəti və tərəfdaşları qarşısında məsuliyyət daşıyırlar. Bu vəzifəyə görə ödənilən ən yüksək ödəniş 140 880 dollardır.

Cərrahlar

Tibbdə ən yüksək gəlir əldə edənlər cərrahlardır. Çünki onlar müəyyən bir sahədə ixtisaslaşıblar və bir insanın həyatı üçün məsuliyyət daşıyırlar. Bütün dünyada da ən çox qazanan insanlar cərrahlardır. Ən yüksək gəlir 181 850 dollardır.

markzone.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et