Ən çox qazanan futbolçular kimlərdir? | Banco.az

Ən çox qazanan futbolçular kimlərdir?

Fransız qəzeti L'Équipe top-5 Avropa çempionatının ən yüksək gəlir qazanan futbolçularının siyahısını dərc edib.

“Barselona”nın forvardı Lionel Messi hamıdan çox qazanır. Belə ki, vergilər nəzərə alınmazsa, ayda 8,3 milyon avro.

“Yuventus”un hücumçusu Kriştianu Ronaldo 4,5 milyon avro ilə ikinci yeri tutur. “PSG”nin hücumçusu Neymar isə 3 milyon avro gəlirlə ilk üçlüyü tamamlayır.

Avropanın ən yüksək ödənişli 8 oyunçusunun siyahısını təqdim edirik.

1. Lionel Messi (“Barselona”) – ayda 8,3 milyon avro

2. Kriştianu Ronaldo (“Yuventus”) – 4,5

3. Neymar (“PSG”) – 3,0

4. Antuan Qrizmann (“Barselona”) – 2,9

Ən sərfəli kredit üçün müraciət et

5. Luis Suarez (“Barselona”) – 2,9

6. Qaret Beyl (“Real Madrid”) – 2,5

7. Eden Hazard (“Real Madrid”) – 2,5

8. Kilian Mbappe (“PSG”) – 1,8

“Mançester Yunayted”in qapıçısı David De Gea İngiltərədə aylıq 1,76 milyon avro ilə ən yüksək maaş alan oyunçudur.

Almaniyada “Bavariya” oyunçuları digərlərindən daha çox qazanır – Robert Levandovski və “Barselona”dan icarəyə götürülmüş braziliyalı Filippe Koutinyo (1,66 milyon).

Nigar Umaxanlı, Finco.az

Ən sərfəli krediti almaq üçün müraciət et