Ən çox qazanan banklarımız | Banco.az

Ən çox qazanan banklarımız

Banklarımızın mənfəəti nə qədərdi?

Banco.az saytı müxtəlif bankların maliyyə nəticələrini mütəmadi olaraq, diqqət mərkəzində saxlayır. Bütün banklar öz rüblük maliyyə hesabatlarını eyni anda açıqlamadığı üçün bankların hamısını əhatə edən renkinqlər hazırlamaq bəzən çətinlik yaradır.

Hazırda fəaliyyətdə olan banklardan 20-si 3-cü rübün sonuna olan mənfəət və zərər hesabatlarını açıqlamış vəziyyətdədir.

Qeyd edək ki, bu qrafikdə bankların vergidən öncəki xalis mənfəətləri əsas götürülmüşdür. Siyahıda yer alan banklardan ikisi XalqBank və Dekabank 3-cü rübü zərərlə başa vurub.

Ən sərfəli kredit üçün müraciət et

Ən çox qazanan banklar isə KapitalBank, Bank of Baku, AccessBank və Unibankdır.

Rəqəmlər min Azərbaycan manatı ilə verilib. Bankların maliyyə göstəriciləri ilə saytımızın müvafiq bölməsində tanış ola bilərsiniz.

Daha öncəki rübün nəticələrinə isə burada baxa bilərsiniz.