Ən çox pul qazanan TikTok-çular məlum oldu | Banco.az

Ən çox pul qazanan TikTok-çular məlum oldu

“Forbes” jurnalı son bir ildə daha çox gəlir əldə edən TikTok-çuların siyahısını tərtib edib.

Birinci yeri ABŞ-ın Luizana ştatından 19 yaşlı Edison Rey İsterlinq tutub. O, 12 ay ərzində TikTok vasitəsilə təqribən 5 milyon ABŞ dolları qazanıb. 

İkinci və üçüncü yerdə müvafiq olaraq Çarli və Diksi D`Amelio bacıları (ABŞ; Los-Anceles, Kaliforniya) gəlir. Çarli 12 ay ərzində 4 milyon, Diksi isə 2,9 milyon ABŞ dolları dəyərində qazanc əldə edib.

Qeyd edək ki, siyahıda növbəti yerləri alanlar da ABŞ və Kanadanın gənc sakinləridir. Onların hamısı sosial şəbəkədə əyləncə xarakterli paylaşım edirlər.

Ted.az

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et