Müəllif - Gülnar Əhmədli, Banco.az
Azərbaycandakı 20 sığorta şirkəti bu ilin yanvar-avqust aylarında 345 milyon 796 min manat məbləğində sığorta ödənişi həyata keçirib.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu dövrdə sektorun ən çox ödəniş edən şirkəti "PAŞA Həyat Sığorta" olub. Belə ki, şirkət ilk 8 ayda 177 milyon 122 min manat sığorta ödənişi edib.
Həmçinin oxu:
Ən çox sığorta haqqı yığan şirkətlər – TOP 5
Bu dövrdə ən çox ödəniş edən 5 şirkətin siyahısı belədir:
- "PAŞA Həyat Sığorta" – 177,1 milyon manat
- "PAŞA Sığorta" – 53,8 milyon manat
- "Azərbaycan Sənaye Sığorta" – 21,5 milyon manat
- "Xalq Sığorta" – 16,7 milyon manat
- "Atəşgah Həyat Sığorta" – 16,1 milyon manat
Bizi sosial şəbəkələrdən izləyin!!