Azərbaycanda sığorta şirkətlərinin yanvar-noyabr ayları ərzində ödənişləri açıqlanıb.
övlət Sığorta Nəzarəti Xidmətinin verdiyi xəbərə görə, bu müddətdə ən çox ödəniş “Paşa Sığorta” Şirkəti tərəfindən həyata keçirilib. Şirkət tərəfindən ilk on bir ayda həyata keçirilən ödənişlərin cəmi həcmi 25 243 554 manat təşkil edib.
Daha sonra isə 13 765 600 manatla “Atəşgah” və 11 642 543 manatla Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ödənişlərin həcminə görə ikinci və üçüncü yerləri bölüşüblər.
Bunlardan başqa ilk onluqda “AzSığorta”, “AXA MBASK”, “Standard Insurance”, “A-Qroup Sığorta Şirkəti”, “Beynəlxalq Sığorta Şirkəti”, “Bakı Sığorta” və “Xalq Sığorta” şirkətləri sıralanıb.
Qeyd edək ki, yanvar-noyabr ayları ərzində ölkədə fəaliyyət göstərən 28 sığorta şirkəti tərəfindən bütün sığorta növləri üzrə ümumilikdə 110 482 986 manat ödəniş həyata keçirilib. Bu müddətdə sığorta şirkətlərinin cəmi yığımları isə 368 879 546 manat təşkil edib.