Ən çox ixrac edən Azərbaycan şirkətləri açıqlandı | Banco.az

Ən çox ixrac edən Azərbaycan şirkətləri açıqlandı

Azərbaycanda qeyri-neft sektoru üzrə 2022-ci ilin yanvar-mart aylarında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın aprel sayında qeyd olunub.

Qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluğa “MKT İstehsalat Kommersiya” MMC başçılıq edir. Növbəti yerlərdə “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin yerli nümayəndəliyi, “P-Aqro” MMC, “Aqrovest” MMC, “Çinar Aqro” MMC, “Mors Trading” MMC, “STP Alüminium” MMC, “Product Service” MMC, “ZR-78 Company” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC qərarlaşıb.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə Dövlət Neft Şirkətinin (SOCAR) “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Socar Polymer” MMC, “Azəralüminium” MMC, “Azərenerji” ATSC, Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “AzerGold” QSC, “Azəripək” MMC, “Azərbaycan Hava Yolları” QSC, “Geofizika və Geologiya İdarəsi”, Naxçıvan MR Dövlət Energetika Xidməti daxildir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et