Ən çox almaz istehsal edən ölkələr | Banco.az

Ən çox almaz istehsal edən ölkələr

Brilyantlar əsrlər ərzində insanlar tərəfindən ən çox arzulanan daş olub. Onlar öz sahibinə dərin sevgi və ehtiram nümayiş etdirir. Ucsuz –bucaqsız sevgi, sədaqət, təmizlik, məğlubedilməzlik simvolu kimi nəzərdən keçirilir. Heç bir sübhə yoxdur ki, almazlar dünyada ən qiymətli daşlardan biridir. Həmçinin almaz hasil edən ölkə üçün bu zəngin yataqlar əslində uğur əlaməti hesab edilməlidir. Bu daşların hər bir hissəciyinin, hər bir tikəsinin özündən arxada buraxdığı kəşməkəşli keçmişi vardır.

Cilalanıb, müəyyən bir şəkil aldıqdan sonra almazlar öz qiymətinə bir az da qiymət qatır.

Almazların tarixi və bir neçə fakt

Mineralogiyada ən çətin metallardan hesab olunur. Bilirsinizmi ki,  almazın də tərkibi kömür və ya karandaş kimi adi karbondan ibarətdir.  Aprel ayında dünyaya göz açanların da qiymətli  daşı brilyantdır.

Almaz baxımından ən çox bəxti gətirən xalq hindistanlılardı. Hindistan ilk almaz yataqları kəşf olunan ölkələrdən birdir. Almazların bizim eranın 4-cü əsrində kəşf olunduğu güman edilir. Bu gün də Hindistan almaz yataqlarına görə ilk yerlərdə dayanır. Illər ərzində istismar olunmasına baxmayaraq, ölkədə Panna yatağı bu gün də aktiv istifadə olunur.

Cənubi Afrika isə zərgərlik almazının istehsalında liderə 19-cu əsrdə çevrildi, 1980-ci ildən isə bu sahədə liderlik Avstraliya regionundadır.

Almazlar Afrika, Avstraliya. Asiya, Şimali və Cənubi Amerikada hasil edilir. Avropa və Antarktida isə almaz hasilatı nəzərə çarpacaq qədər olmayıb.

Ən sərfəli kredit üçün müraciət et

Hazırda dünyada almaz hasilatı ilə məşğul olan 20 başlıca mədən vardır

Ən gözəl parlaqlıq və heyranedici gözəllik isə hazırda Avstraliyada istehsal edilən almazlara məxsusdur.

Almazlar digər metal və minerallar ilə müqayisədə yüz dəfələrlə daha bahalıdır.

Digər zərgərlik məmulatları illər keçdikcə iqtisadiyyata bağlı olaraq, öz qiymətini dəyişdiyi halda almazlar ən ağıllı investisiya aləti olaraq qalmaqda davam edir. Belə ki, əsrlər ötdükcə onlar öz qiymətini nəinki qoruyub saxlayır, əksinə artırır

Sizə almaz istehsalına görə öndə olan ölkələrin TOP 10-luğun təqdim edirik.

Ən çox almaz istehsal edən ölkələr sırasında isə Botsvana, Rusiya, Zair və CAR kimi ölkələri qeyd etmək olar.

Könül Soltanova, Banco.az