Ən böyük taxıl tədarükçüsü Rusiya bazarını tərk edir | Banco.az

Ən böyük taxıl tədarükçüsü Rusiya bazarını tərk edir

Müəllif - Aida İsaq, Banco.az

Rusiya taxılının ən böyük Qərb tədarükçülərindən biri olan Kanadanın “Viterra” şirkəti Amerikanın “Cargill” qida şirkətinin ardınca Rusiya bazarını tərk etməyi planlaşdırır.

Banco.az xəbər verir ki, Rusiya Kənd Təsərrüfatı Nazirinin müavini Oksana Lutanın məlumatına görə, “Cargill” şirkətinin ölkədəki nümayəndəliyi növbəti 2023/2024-cü kənd təsərrüfatı ilində ​​Rusiyadan taxıl ixracını dayandıracaq. Bunun ardınca “Viterra” Rusiya ixrac bazarını tərk etməyi planlaşdırır. “Cargill” iyul ayından etibarən şirkətin Rusiyadan tədarük etdiyi taxıl ixracını dayandırsa da, digər firmalardan məhsul almağa davam edəcək.

Hazırda “Viterra” rəhbərliyi Rusiyanın taxıl bazarından çıxış mexanizmlərini müzakirə edir. Şirkətin ən qısa zamanda qərarını açıqlayacağı bildirilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram