Ən böyük şirkətlərin bazar dəyəri azalıb | Banco.az

Ən böyük şirkətlərin bazar dəyəri azalıb

Koronavrus (COVID-19) pandemiyası ilə əlaqədar 2019-cu ilin dekabr ayından 2020-ci ilin mart ayına qədər dünyanın 100 ən böyük şirkətinin bazar dəyəri təxminən 15% azalaraq 21,5 trilyon ABŞ dollarına düşüb.

Bu, "PwC" audit şirkətinin apardığı tədqiqat nəticəsində məlum olub. 

Məlumata görə, həmin müddətdə yalnız 10 şirkət, o cümlədən “Netflix” və “Tesla” bazar dəyərini artıra bilib.

“İkiqat təhlil nəticəsində COVID-19 pandemiyasının səbəb olduğu və dünya bazarlarında misilsiz fəsadlar törətdiyi böhrandan əvvəl dünyanın ən iri şirkətlərinin necə fəaliyyət göstərdikləri, böhranın əvvəlində hansı tədbirlər gördükləri ilə bağlı daha dolğun mənzərə yaranır” – deyə tədqiqat müəllifləri qeyd ediblər.

Araşdırmaya görə 2019-cu ilin mart – dekabr aylarında 100 ən böyük şirkətin bazar dəyəri 20% artaraq 25,4 trilyon ABŞ dollarına çatıbmış. 

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram