Ən böyük kriptovalyuta birjasının qurucusu 12 milyard dollar itirdi | Banco.az

Ən böyük kriptovalyuta birjasının qurucusu 12 milyard dollar itirdi

Müəllif : Mehin Qasımova/Banco.az 

Dünyanın nəhəng kriptovalyuta birjası olan "Binance"in  qurucusu təxminən 12 milyard dollar itirib.

Banco.az xəbər verir ki, Bloomberg agentliyinin araşdırmasına  görə, son aylar kriptovalyuta birjası ənənəvi maliyyə sistemindən getdikcə daha çox təcrid olunub.

Binance CEO-su Changpeng Zhao-nun sərvəti 11,9 milyard dollar azalıb. Qeyd olunur ki, Binance təsisçisinin sərvəti hazırda 17,2 milyard dollar qiymətləndirilir.

Nəşrin məlumatına görə, gəlirin yenidən qiymətləndirilməsi kripto-izləmə xidmətlərindən Coingecko və Coinpaprika-dan əldə edilən spot ticarət və törəmə ticarətinə dair məlumatlar əsasında aparılıb.

Bundan əvvəl ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası Binance və onun baş direktoru Changpeng Zhao-ya qarşı iddia qaldırmışdı. Tənzimləyici müvafiq qeydiyyat olmadan qiymətli kağızlarla əməliyyatların kriptovalyuta mübadiləsinin idarə edilməsini və nəzarət mexanizmləri ilə bağlı investorları çaşdırmaqda ittiham edir. 

Qeyd edək ki, Binance kriptovalyuta birjası dünyanın aparıcı rəqəmsal aktiv ticarət sistemidir. 2017-ci ildə çinli Çanqpenq Zhao tərəfindən təsis edilib. 2021-ci ildə Çin səlahiyyətliləri Binance veb-saytını və mobil tətbiqini blokladılar ki, bu da hökumətin ölkədə kriptovalyuta əməliyyatları xidmətlərinin göstərilməsi ilə mübarizə üçün növbəti addımı oldu.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et