Müəllif:Mehin Qasımova/Banco.az
Dünyanın ən böyük kriptovalyuta birjası "Binance" 31 yanvar 2024-cü il tarixindən etibarən Rusiya rublu ilə bütün əməliyyatlarını dayandıracaq.
Banco.az xəbər verir ki,bu barədə ticarət platformasının rəsmi saytı məlumat yayıb.
Belə ki,"Binance" bütün Rusiya istifadəçilərini platformadakı rubl aktivlərini birjada mövcud olan digər aktivlərə çevirməyə, kriptovalyutaya dəyişdirməyə və ya bu tarixdən əvvəl tərəfdaşları vasitəsilə platformadan çıxarmağa çağırıb.
Şirkət xəbərdarlıq edib ki,2024-cü il fevralın 1-də Moskva vaxtı ilə saat 11-dən etibarən "Binance" istifadəçilərinin balanslarında qalan bütün rubllar avtomatik olaraq cari məzənnə ilə FDUSD stabilkoinlərinə çevriləcək. Yanvarın 30-da isə "Binance" Rusiya valyutası ilə bütün ticarət cütlüklərini ləğv edəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!