Ən böyük kriptovalyuta birjası Binance rəqibi FTX-in aktivlərini alacaq | Banco.az

Ən böyük kriptovalyuta birjası Binance rəqibi FTX-in aktivlərini alacaq

Müəllif - Fərid İslamov, Banco.az

Ən böyük kriptovalyuta birjası Binance rəqibi FTX-in aktivlərini alacaq.

Banco.az xəbər verir ki, dünyanın ən böyük kriptovalyuta birjalarından biri Binance,  rəqibi FTX-nin bütün aktivlərini almağa hazırlaşır.

Binance qurucusu və icraçı direktoru Changpeng Zhao, FTX-nin likvidlik çatışmazlığı səbəbindən kömək istədiyini bildirib. Gələcək sövdələşmənin şərtləri açıqlanmayıb. Changpeng Zhao, Binance yaxın gələcəkdə FTX ilə bağlı lazımi araşdırma (müstəqil qiymətləndirmə) aparacağını açıqlayıb.

Ən sərfəli kredit üçün müraciət et

FTX rəhbəri Sem Bankman-Frid sövdələşmənin planlarını təsdiqləyərək, söhbətin ABŞ-dan kənar aktivlərdən getdiyini bildirib.

Bloomberg Billionaires Index-ə görə Sam Bankman-Fried-in 15,6 milyard dollar sərvətinin 6,22 milyard dolları FTX-in payına düşür.

Bəzi ekspertlər hesab edirlər ki, sövdələşmə DeFi məkanında ciddi risklərdən xəbər verir. Flux-un həmtəsisçisi Daniel Kellerin fikrincə, DeFi-nin gələcəyini iki əsas oyunçunun əlində cəmləmək təhlükəlidir. Keller bildirib ki, bu cür tendensiyalar köhnəlmiş mərkəzləşdirilmiş maliyyə sisteminin geri çəkilməsinə səbəb ola bilər.