Ən böyük avtomobil istehsalçısı 10 modelin tədarükünü dayandırıb | Banco.az

Ən böyük avtomobil istehsalçısı 10 modelin tədarükünü dayandırıb

Yaponiyanın aparıcı avtomobil şirkəti “Toyota Motor” podratçısı “Toyota Industries Corporation” tərəfindən dizel mühərrikinin gücü ilə bağlı məlumatların saxtalaşdırılması səbəbindən 10 modelin tədarükünü dayandıracaq. 

Banco.az xəbər verir ki, bu barədə Bloomberg məlumat verib.

Onların arasında Land Cruiser 300 SUV və Hilux pikap kimi məşhur modellər var.

Yaponiyanın  Nəqliyyat və Turizm Nazirliyi də aşkar edilən pozuntularla əlaqədar" Toyota Industries" zavodunda yoxlama aparacağını açıqlayıb.

Qeyd edək ki, keçən il Toyota-nın törəmə şirkəti "Daihatsu" qəza testi məlumatlarının saxtalaşdırılması və avtomobilin təhlükəsizliyi ilə bağlı digər pozuntular aşkarlandığı üçün cərimələnib. Nəticədə "Toyota" brendi altında satılan "Probox", "Town Ace", "Roomy" və "Pixis" modelləri də daxil olmaqla, bütün "Daihatsu" avtomobillərinin Yaponiyada və xaricə çatdırılmasının dayandırılması qərara alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et