Ən bahalı və ucuz suya sahib olan ölkələr açıqlandı | Banco.az

Ən bahalı və ucuz suya sahib olan ölkələr açıqlandı

Müəllif:Ayşən İmanova/Banco.az

Amerika Birləşmiş Ştatları ən bahalı içməli suya malik ölkələr arasında 8-ci yerdədir. 

Banco.az xəbər verir ki, dövlətlərin reytinqini RİA Novosti tərtib edib.

Agentliyin araşdırmasına görə, ABŞ su xərclərinə görə ilk 10-luqda yer alan yeganə böyük iqtisadiyyat olub. Burada 1,5 litr içməli su orta hesabla 2,19 dollara başa gəlir. Bu göstərici ilə ölkə səkkizinci yerdə qərarlaşıb. 

Monakoda eyni həcm 5,8 dollara başa gəlir. Bu dövlət antireytinqdə birinci yerdədir.

Qeyd olunur ki, siyahıda ilk 10 yeri əsasən Karib hövzəsi və Afrika ölkələri tutub. Bunlar Antiqua və Barbuda (2,59 dollar), Mərkəzi Afrika Respublikası (2,49 dollar), Barbados (2,48 dollar), Baham adaları (2,41 dollar), Kosta Rika (2,35 dollar), Qrenada (2,26 dollar) və Eritreyadır (2,14 dollar). Onuncu yerdə İslandiya (2,04 dollar) qərarlaşıb.

Rusiyada 1,5 litr su Çin və Belarusda olduğu kimi orta hesabla 0,55 dollara başa gəlir.

Ən sərfəli kredit üçün müraciət et

Bu arada, ən əlçatan içməli suya malik ölkələrin siyahısına Misir (0,18 dollar) və Liviya (0,24 dollar) daxil edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et