Ən bahalı idman brendləri açıqlandı | Banco.az

Ən bahalı idman brendləri açıqlandı

ABŞ-ın "Forbes" jurnalı bu ilin ən bahalı idman brendlərinin adlarını açıqlayıb. Məlumata görə, reytinq idmançılar, şirkətlər, idman hadisələri və komandalar olmaqla 4 kateqroyadan ibarətdir.

İdmançılar siyasında "Klivlend" basketbol klubunun oyunçusu Lebron Ceyms birincidir. Onun fərdi brendi 37 milyon dollar qiymətləndirilir. Sonrakı yerləri qolfçu Tayqer Vuds (36 milyon dollar) və isveçrəli tennisçi Roje Federer (32 milyon dollar) bölüşürlər.

Jurnalın versiyasına əsasən, "Nike" ən bahalı idman şirkətidir. Onun brend dəyəri 19 milyard dollardır. Bu kateqoriyada ikinci və üçüncü yerləri, müavafiq olaraq, ESPN (16,5 milyard dollar) və "Adidas" (5,8 milyard dollar) tuturlar.

Ən sərfəli kredit üçün müraciət et

Ən bahalı idman tədbiri siyahısına 500 milyon dollarla Super Boul (Amerika futbolu çempionatı) başçılıq edir. Ardınca Yay (348 milyon dollar) və Qış Olimpiya Oyunları (285 milyon dollar) gəlilər.

Ən bahalı komanda isə 521 milyon dollarla "Nyu-York Yankiz" beysbol klubu seçilib. İlk üçlüyə Madrid "Real"ı (484 milyon dollar) və "Barselona" da (438 milyon dollar) daxildir.

Trend

Ən sərfəli krediti almaq üçün müraciət et