Ən aktiv bank səhifələri - İnfoqrafika | Banco.az

Ən aktiv bank səhifələri - İnfoqrafika

Diqqət mərkəzində yenə də banklarımızın Facebook sosial şəbəkəsində aktivliyidir. Banco.az olaraq, yenə də banklarımızın rəsmi səhifələrini araşdırmaq qərarına gəldik. Son üç ay ərzində hansı səhifələrin daha fəal olması və daha çox paylaşım etməsi ilə maraqlandıq.

Həmçinin bax: Facebook-da ən çox bəyənilən banklar - 2019 Sentyabr

  1. Bütün banklar FB səhifələrini ilk növbədə yeni məhsul və kampaniya ilə bağlı məlumatları paylaşmaq üçün istifadə edir.
  2. İndi həm də mövcud vakansiyaların da FB-səhifələrində paylaşılması tendensiyası güclüdür.
  3. Filial və ATM-lərin ünvanları, yeni filial açılışı, bankların gəlirlərinin artması və ya nizamnamə kapitalındakı dəyişiklik ilə bağlı məlumatları da qısa zamanda geniş kütləyə açmaq üçün FB ideal imkan yaradır.
  4. FB-dan maarifləndirici məqsədlər üçün istifadə edən Banklarımız da az deyil.
  5. FB müxtəlif bank xidmətləri (sms banking, online banking, cash in, cash by code, card to card və s) haqqında müfəssəl məlumat vermək üçün əla platformadır.

İlk öncə Sizi izləyici sayına görə TOP 10 səhifə ilə tanış etmək istərdik.

İstifadəçilər ilə ən fəal ünsiyyətə girən səhifələr sırasında isə RabitaBank, Bank of Baku, Unibank, Para Bank  kimi səhifələri qeyd etmək olar.

Məsələn, gündəlik olaraq RabitaBankın səhifəsində silsilə şəkildə bankın müxtəlif filiallarının əməkdaşlarının fotoları, top menecerlər ilə müsahibələr, məntiqi suallar, müxtəlif ölkələr və onların valyutaları haqqında məlumatlar, məşhur insanların sitatları paylaşılır.

Bank of Baku-nun səhifəsində isə maraqlıdır və BOB bcrossword silsiləsində paylaşımlar yer alır. Həmçinin Bank of Baku bu payızda öz səhifəsində iki müsabiqə keçirmişdir.  Bununla yanaşı səhifədə gündəlik olaraq bankın həyatında baş verən vacib hadisələr yer alır.

Unibank  səhifəsi də öz istifadəçiləri ilə fəal ünsiyyətə girir. Son zamanlar isə UNİBANK ÇEMPİONLAR BANKIDIR!  silsiləsindən olan yazılar istifadəçilərin marağını özünə cəlb edir.

FB-da ən çox yarış keçirən bankları içərisində isə Beynəlxalq BankıParaBankı qeyd etmək olar. Məhz bu payızda onlar yarış həvəskarlarının diqqət mərkəzində olub.

Digər banklar isə əksər hallarda bayram günlərində, müxtəlif peşə günlərində, yeni kampaniya və ya məhsul təqdim edildikdə paylaşma etməyə üstünlük verirlər. 

Bankların səhifələri

Müsabiqələr

AtaBank

Şaxta Baba arzularını bizə yazır, sən də yaz

Bank of Baku

Gələcəyin Olimpiadaçısını hər kəs tanımalıdır

"Əllərim qızıldandır"

Beynəlxalq Bank

"Uşağımın ilk məktəb günü!"

"Mənim bayrağım"

"Mənim bayramğ-2"

Zamin bank

Zaminbankı təbrik et və hədiyyə qazan!

ParaBank

Parabank ASC filiallarinı tap

Atrabank

Paylaşaraq Qazanaq

Əylənərək Öyrənək

TuranBank

SELFİE fotomüsabiqəsi

Ən sərfəli kredit üçün müraciət et