Emosional zəkanı necə inkişaf etdirmək olar? | Banco.az

Emosional zəkanı necə inkişaf etdirmək olar?

EQ ingiliscə “Emotional Quotient” ifadəsindən götürülmüşdür, dilimizə “emosional zəka” kimi tərcümə olunur. EQ konsepsiyasından ilk bəhs edən John Mayer və Peter Salowey onu belə qeyd etmişlər: EQ özünün və başqalarının hisslərini və duyğularını izləmək, duyğular arasındakı fərqləri ayırmaq və bu məlumatlarla düşüncə və davranışları yönəltmək bacarığına malik olmaqdır.

Emosional zəka müasir psixologiyada mühüm yer tutur. Bir çox mütəxəssisə görə insan duyğularını nə qədər çox tənzimləyə bilirsə, o qədər xoşbəxt olur. İnsan özünü bilməli, duyğularına hakim olaraq yaşamalıdır. Qəzəbli anında sinirini yatıra bilməsi lazımdır. Yüksək EQ-su olan insanlar bunu tam olaraq edə bilirlər.

EQ necə inkişaf etdirilir:

  1. Özünüzü tanıyın.
  2. Hisslərinizi ifadə edərkən bir neçə cümlədən istifadə edin – Məsələn, “Kədərliyəm.” yerinə “Kədərliyəm, çünki mənfi şeylər yaşadığım dövrdən keçirəm” deyin. Emosional dilinizi inkişaf etdirmək qət etdiyiniz yolda sizə böyük dəstək olacaqdır.
  3. Sosial bacarıqlarınızı artırın.
  4. Sizi xoşbəxt edəcək şeylərdən çəkinməyin və mümkün qədər müsbət düşünün.
  5. Şüurunuzu artıracaq kitablar oxuyun.
  6. Ən önəmlisi pozitiv düşünün – Hadisələri olduğu kimi qəbul edin, həll yolu axtarmaqdan imtina etməyin. 

Pərvanə Aslanova, Banco.az 

Ən sərfəli kredit üçün müraciət et