"Əmlak zərərlərinin tənzimlənməsi” mövzusunda seminar keçirilib | Banco.az

"Əmlak zərərlərinin tənzimlənməsi” mövzusunda seminar keçirilib

"Banco.az" Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən xəbər verir ki, dekabrın 10-u “Holiday Inn Baku” hotelində Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə İtaliyanın Insurance Engineering Services (IES) şirkətinin əməkdaşları tərəfindən “Əmlak zərərlərinin tənzimlənməsi” mövzusunda seminar keçirilib.

Seminar IES-in İtaliya nümayəndəliyinin rəhbəri Karlo Cuzeppe Maria Tozzi Spadoni və şirkətin Türkiyə nümayəndəliyinin meneceri Mustafa Yıldırım Saltık tərəfindın aparılıb.

Ən sərfəli kredit üçün müraciət et

Ekspertlər iştirakçılara əmlak zərərlərinin tənzimlənməsi, belə zərərlərin qiymətləndirmə metodları və əlaqədar tədbirlər, daşqın və yanğın zərərlərinin əsas bərpa texnikası üsulları, sənaye müəssisələrinin sığortasında dələduzluq faktlarının aşkarlanması, mövzularında təqdimatlar həyata keçiriblər.

Seminarda yerli sığorta şirkətlərinin 29 əməkdaşı iştirak edib.

Qeyd edək ki, İES şirkəti Türkiyə, İtaliya, Almaniya, Böyük Britaniya, Polşa, İsveç və Rumıniyada fəaliyyət göstərir.

Ən sərfəli krediti almaq üçün müraciət et