Emiliya Mayılova: "Hər bir insan üçün uğur onun vizit kartı, anketi kimidir" | Banco.az

Emiliya Mayılova: "Hər bir insan üçün uğur onun vizit kartı, anketi kimidir"

Emiliya Mayılova

"Atabank"ın İnsan Resursları Departamentinin Direktoru

Sizə görə xoşbəxtliyin rəngi nədir? O rəng sizin həyatınızda varmı?

Mənim üçün xoşbəxtlik heç də rənglə bağlı deyildir, lakin bütün rənglərdən mən ağ rəngi qeyd edərdim. Bilmirəm, bəlkə də bunu əlaqə adlandırmaq olmaz, lakin, o, mənə parlaq və müsbət enerji verir. Mənim həyatımda xoşbəxtlik məni xoşbəxt həyat yoldaşı, ana və övlad edəcək qədər kifayətdir.

Bir qadının uğurlu olması üçün nə lazımdır?

Hər bir insan üçün uğur onun vizit kartı, anketi kimidir. O, insan haqqında, onun hədəflərinə getdiyi yol barədə məlumat verməlidir. Mən heç vaxt bu barədə düşünməmişəm. Mən sadəcə hər zaman öz addımlarımı yolumun təmiz, məqsədimin düzgün olması baxımından atmışam. Ümumilikdə isə, təbii ki, istər kişi, istər qadın üçün öz üzərində işləmək lazımdır, uğur özünü çox gözlətməz və Maykl Lyuis demişkən bir az da “şans” lazımdır. (gülümsəyir)

İş və ailəniz arasında əlaqələri necə tənzimləyirsiniz? 

Hər bir qadında olduğu kimi məni də axşam evdə bir sıra məişət işləri gözləyir və düzünü deyim heç də ailəmlə işimi qarışdırmağa vaxtım qalmır. 15 illik iş staji mənə məharətlə hər ikisinin öhdəsindən eyni anda gəlməyə imkan verir. 

Bank sektorundakı uğurlu karyeranızı nəyə borclusunuz?

Karyeramın hər mərhələsi çətin və xoşbəxt anlarla dolu olub və mənə elə gəlir ki, məhz bu anlar məni möhkəm edib. Bunun üçün mən peşəkar rəhbərliyimizə borcluyam. Əlbəttə ki, Allah da imkan verib, yaxınlarımın da dəstəyi hər zaman mənimlə olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bildiyimiz kimi İnsan Resursları Departamentinin direktorusunuz. Bu vəzifənin sizə qatdığı xüsusiyyətlər varmı?

Mən bu sfera ilə artıq uzlaşmışam və onunla bir peşəkar və emosional tarazlıqdayam. Hər zaman departament direktoru vəzifəsinin tələblərinə cavab verməyə çalışıram.

İşinizin çətin və maraqlı tərəflərini bizimlə bölüşərdinizmi? 

Mənim üçün çətin an dedikdə ilk ağla gələn məsələ nəyin bahasına olursa, olsun, öz həllini tapmalı olan məsələ gəlir. Belə ki, sizin qarşısınızda həmin an vacib və məsuliyyətli qərar vermək tələbi var.

İşimin maraqlı tərəfi isə hər gün baş verir. Hər gün təcrübə yığa biləcəyim bir vəziyyətlə qarşılaşıram.

Sizi motivasiya edən əsas 5 amil ?

Birincisi, onu qeyd edim ki, mənim üçün ilk motivasiya amili – həyatdır, mənim və ailəmin sağlamlığıdır.

İkincisi, onların sevgisi və dəstəyidir. Üçüncüsü, sevidiyim işdir. İşim məni çox ruhlandırır, çünki o, artıq həyatımın bir parçasıdır. Dördüncüsü, kitablardır. Mən çox mütaliə edirəm. Bu, məni həm sakitləşdirir, həm də əhvalımı yaxşılaşdırır.

Beşincisi isə... dadlı yemək (gülümsəyir). O, məni hər zaman ruhlandırır. 

8 Martda xanımlara nə arzulayardınız?

Xanımlara hər zaman tonusda qalmalarını, yumor hisslərini itirməməyi və hər bir vəziyyətdə əsl qadın qalmağı arzulayıram.