Əməkdaşlar niyə işdən ayrılır? | Banco.az

Əməkdaşlar niyə işdən ayrılır?

11 milyon şərhin təhlil olunduğu tədqiqat aşkar edib ki, ünsiyyətin yoxluğu, pis idarəetmə və pis iş mühiti əməkdaşların öz iş yerini tərk etməsinin ən başlıca səbəblərindəndir. Ən yaxşı, istedadlı kadrların işə götürülməsi və müəssisədə saxlanılması bir çox rəhbər üçün çətinlik doğurur.

“West Monroe Partners”in 2018-ci ildə apardığı tədqiqat göstərib ki, 59% əməkdaş iş yerini xoşlamadığı üçün deyil, sırf daha cəlbedici şərtlər təklif edildiyi üçün cari işini tərk etməyə hazırdır.

Kadr axıcılığı ilə bağlı zaman və maliyyə itkisinin qarşısını almaq üçün işəgötürənlər əməkdaşlarının tələbatlarını: effektiv ünsiyyət, rəhbərlik və həmkarlarla müsbət münasibətlər bilməlidir.

“Peakon” 2019-cu ildə 11 milyon şərhi təhlil edərək işəgötürənlərə əməkdaşları başqa yerdə iş axtarmağa vadar edə biləcək ən güclü arzuların və məyusluqların siyahısını təqdim etmişdi.

İşəgötürənlərə yüksək kadr axıcılığının qarşısını almağa kömək etmək üçün “Peakon” əməkdaşların iş yerlərində dəyişdirmək istədikləri şeylər haqqında həm regional, həm də sahə üzrə məlumat verən bir hesabat yayımladı.

Həmçinin oxu: Bu əlamətlər işinizi dəyişməyin vaxtı çatdığına işarədir

“Peakon”un tədqiqatı nəticəsində meydana çıxan üç məqam:

1. Ünsiyyət işçilərin fəaliyyətinə böyük təsir göstərir.

Bu nüans “Sehirli çubuğunuz olsaydı, təşkilatınızda nəyi dəyişdirərdiniz?” sualını verməklə aydınlaşdırılıb. Respondentlər ünsiyyəti qeyd edib.

“Dynamic Signal” şirkətinin 2019-cu ildə 1000-dən çox əməkdaşın arasında keçirtdiyi sorğu da göstərib ki, işçilərin az qala üçdə ikisi iş yerində ünsiyyətin olmaması səbəbindən ayrılmağı düşünür.

İşçi və təşkilat arasında şəffaflıq olduqda əməkdaş özünü iş yerinə daha çox aid hiss edir. Nəticədə əmək məhsuldarlığı yüksələrək öz növbəsində mənfəətliliyi də artırır.

2. Menecment əməkdaşların saxlanmasında vacib rol oynayır.

Əməkdaşlar üçün ünsiyyət nöqteyi-nəzərindən işçi-rəhbər münasibətləri xüsusilə əhəmiyyətlidir. 2018-ci ildə “Udemy” şirkətinin araşdırması göstərib ki, işçilərin üçdə ikisi rəhbərlərinin menecmenti öyrənməli olduğunu hesab edir.

Ən sərfəli kredit üçün müraciət et

Rəhbərliyin işçilərlə geri əlaqəyə reaksiyasını ətraflı öyrənmək üçün “Peakon” rəhbərliyin cavablarını ehtiva edən geri əlaqə göstəricilərini (sahələr üzrə təsnifləndirilmiş) araşdırıb.

Nəticələr göstərdi ki, hətta iqtisadiyyatın ən çevik sektorlarında (texnologiya və peşəkar xidmətlər) cavab üçdə birdən də az olub, sənaye və nəqliyyat kimi ən az cavab verən sektorlarda isə yalnız 10% hallarda şərhlərlə izlənilib.

Həmçinin oxu: Dəyərli işçiləri şirkətdə necə saxlamaq olar?

3. İş mühiti vacibdir.

“Sehrli çubuğunuz olsaydı, təşkilatınızda nəyi dəyişdirərdiniz?” sualının başqa geniş yayılmış cavabı budur: Ofis mühitini dəyişdirmək.

Məhsuldarlıq səviyyəsini qaldırmaq üçün əlverişli bir mühit təmin etmək xüsusi qabiliyyətli işçiləri şirkətdə saxlamaq, uzaqdan işləyən əməkdaşların daha əlverişli şərtlərlə işləməsi baxımından getdikcə daha vacib hala gəlir.

“UpWork Future Workforce Report” (“UpWork Gələcək İşçi Qüvvələri Hesabatı”) şirkətinin 2018-ci il hesabatında uzaqdan işləyən işçi siyasətinə sahib şirkətlərdə HR-menecerlərin yarısından çoxunun işə qəbul proseslərinin asanlaşdığını bildirməsi vurğulanıb. “Flexjobs”ın 3000-dən çox işçi arasında apardığı sorğu isə işçilərin 10%-dən də az qisminin iş yeri olaraq ofisə üstünlük verdiyini ortaya çıxarıb.

Qısası, bütün bu son tədqiqatlar göstərir ki, iş yerləri çevik olduqda əməkdaşlar daha məhsuldar olur və əksəriyyəti ofis xaricində işləməyi üstün tutur.

Nəticə: İşçinizi eşidin!

Səsinin eşidildiyini bilən əməkdaş rəqib şirkətə getməyəcək, əksinə öz şirkətinə böyük töhfələr verəcək. İşçilərin rəylərinə, dəyişikliklər yönündə təkliflərinə qarşı diqqətcil olmaq onların məmnunluğunu artıracaq. Heç kəs xoşbəxt olduğu mühiti tərk etmək istəməz.

Ünsiyyətdən başlayıb iş mühitinin təkmilləşdirilməsi ilə yekunlaşan dəyişikliklər müəssisədən yüksək xərclər tələb etmir. Lakin böyük nailiyyətlər qazandırır.

Nigar Umaxanlı, Finco.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç