"Əmək müqavilələrinin sayı 210 min artıb" | Banco.az

"Əmək müqavilələrinin sayı 210 min artıb"

Son 18 ay ərzində Azərbaycanda əmək müqavilələrinin sayı 210 min artıb.

Bunu mətbuat üçün təşkil olunmuş brifinqdə çıxış edən Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, əgər 2019-cu ilin yanvar ayında bu rəqəm 539 922-yə bərabər idisə, cari ilin 26 iyun tarixinə bu göstərici 751 705-ə çatdırılıb.

"Bu gün ödənilən verginin hər 4 manatından 3 manatı özəl sektor tərəfindən ödənilir. Bu da sözügedən sektorun potensialını göstərir", - deyə nazir qeyd edib.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram