Əmək müqavilələrinin elektron qeydiyyatı necə aparılır? | Banco.az

Əmək müqavilələrinin elektron qeydiyyatı necə aparılır?

Əmək müqaviləsi bildirişi Elektron Hökumət” portalı üzərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətindən istifadə edilməklə həyata keçirilir. Bildiriş forması işəgötürənlər tərəfindən gücləndirilmiş elektron imza vasitəsilə nazirliyin əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə daxil edilir. Bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən, həmin Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişi həmin elektron informasiya sistemində qeydiyyata alındıqdan və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərildikdən sonra hüquqi qüvvəyə minir.

Ən sərfəli krediti almaq üçün müraciət et