Müəllif:Gülbəniz Hüseynli/Banco.az
“Artımlar yalnız özəl sektorda hazırda minimum maaş alan işçilərə şamil olunacaq. Əgər bir vətəndaş özəl sektorda 345 manat maaş alırsa, minimum əmək haqqındakı artım onun maaşına da şamil olunmalıdır”.
Banco.az xəbər verir ki, bu fikirləri iqtisadçı Natiq Cəfərli deyib. O vurğulayıb ki, minimum əmək haqqının artımı, həmin işçinin maaşını da ən azı eyni miqdarda artırmağı tələb edir, çünki dövlətin özəl sektora başqa cür təsir etmək imkanı yoxdur.
İqtisadçı Eyyub Kərimli isə düşünür ki, əmək haqqının artımını iqtisadi bazaya söykənməlidir.
E.Kərimli, ötən illə müqayisədə əmək haqqının artımının 15-16 faiz təşkil etdiyini, hazırda isə orta minimum əmək haqqının artımının 15 faiz olmasının mümkün olduğunu söyləyib. Bu da təqribən 400 manata yaxın bir rəqəm edir. Eyni zamanda, minimum əmək haqqının artımının, vahid tarix cədvəli ilə əmək haqqı alanların maaşına da müəyyən təsir göstərə biləcəyini vurğulayıb.