"Embafinans" BOKT-un səhmləri dövlət qeydiyyatına alınıb | Banco.az

"Embafinans" BOKT-un səhmləri dövlət qeydiyyatına alınıb

"Embafinans" QSC bank olmayan kredit təşkilatı nizamnamə kapitalını 2 dəfə artıraraq 10 milyon manatdan 20 milyon manata çatdırmağı planlaşdırır.

Kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 1 000 manat olan 10 min ədəd adi səhm buraxılacaq.

Qiymətli kağızlar qapalı üsulla yerləşdiriləcək.

***

"Embafinans"ın direktoru Samir İskəndərov bildirib ki, həqiqətən də bu il, fevralın 3-də rəhbərlik etdiyi BOKT-un hər birinin nominal dəyəri 1 000 manatdan ibarət olan 10 min ədəd səhminin emissiyası dövlət qeydiyyatına alınıb. Amma məqsəd söhbət kapitalı deyil: "Ötən ilin sonlarına yaxın "Embafinans" təşkilati-hüquqi formasını MMC-dən QSC-yə dəyişib. Bununla əlaqədar dövriyyəyə səhm buraxılması zərurəti yaranıb və BOKT sözügedən emissiyanı dövlət qeydiyyatından keçirib və yeni təşkilati-hüquqi formaya keçid prosesi tamamlanıb". 

Ən sərfəli kredit üçün müraciət et

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et