3 oktyabr 2018-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “BOKT Embafinans” MMC-nin qiymətli kağızları BFB-də standart bazar seqmentində listinqə daxil edilmişdir:
№ |
Döv. Qeyd. nömrəsi |
Q/k növü və forması |
Ticarətə buraxılan qiymətli kağızların sayı |
Q/k-ın ilkin ticarət qiyməti |
1 |
AZ2001020604 |
Faizli təmin edilməmiş |
2 000 (ədəd) |
1000 AZN |
İstiqrazların yerləşdirməsi üzrə anderrayter “AzFinance İŞ” QSC-dir.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.