"PAŞA Bank “Əmanətlərin tam sığortalanması” haqqında qanunun daha 3 il üzadılmasının tərəfdarıdır".
Bunu PAŞA Bankın İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Bəhruz Nağıyev bildirib.
“Hesab edirik ki, bank sektoruna inamın daha da artması üçün qanunun müddətinin artırılması məqsədəuyğun olar. Bu, bizim narahatçılığım ilə bağlı deyil, müştərilərin bankımıza etimadı gündən-günə artır və bu özünü müştərin depozitlərinin artmasında göstərir. Hesab edirik ki, qanunun müddətinin artırılması Azərbaycanın bank sektorunun xeyrinə olar”.
Qeyd edək ki, 2016-cı il Fevralın 1-də qüvvəyə minmiş “Əmanətlərin tam sığortalanması” haqqında qanuna görə, əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətinə tam sığortalanır. 2019-cu ilin Fevral ayında 3 il başa çatır. Müddətin uzadılıb-uzadılmayacağı bankların diqqət mərkəzindədir. Çünki, müddət uzadılmasa yenidən 30 min manatadək əmanətlər sığortalanacaqdır. Bu da bir çox bankdan əmanətin çıxması ilə nəticələnə bilər.
Marja.az